Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Nazir polkovniki rəis vəzifəsindən azad etdi

Nazir polkovniki rəis vəzifəsindən azad etdi


Müdafiə naziri Zakir Həsənov Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki Hörmət Əsgərovu vəzifəsindən qovub.



"Yenimeydan.info" aznews.az-a istinadən xəbər verir ki, polkovnikin gözlənilmədən vəzifəsindən kənarlaşdırılmasına səbəb onun rüşvət alması barədə səhih informasiyaların verilməsi olub. Məlumata görə, leytenant rütbəsi alan kursantlar arasından uçuş heyətinə keçirmək üçün bir nəfəri seçmək lazım imiş. H.Əsgərov seçim üçün leytenantların birindən müəyyən məbləğ alaraq, ona lazım olan tibbi arayışlarla birlikdə Kadrlar İdarəsinin rəisi Elşad Niyazova təqdim edib. Rəis isə bunu qəbul etməyərək, Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirova məruzə edib. Bundan sonra isə onun vəzifədən azad olunması barədə nazirə təqdimat yazılıb.



Maraqlıdır ki, polkovnikin əməllərində aşkarlanan nöqsanlarda cinayət tərkibi olsa da, bununla bağlı Hərbi Prokurorluq heç bir reaksiya verməyib. Sadəcə “Yoldaşlıq Məhkəməsi” çağırılaraq, onun nöqsanları sadalanıb və aşağı vəzifəyə təyin olunması barədə yuxarı instansiyaya müraciət ünvanlanıb.



Qeyd edək ki, H.Əsgərov komandan Ramiz Tahirovla yaxın dostdur. R.Tahirov Hərbi Hava Qüvvələrinin komandanı təyin olunan kimi Naxçıvan hərbi birləşmələrində xidmət aparan Hörmət Əsgərovu öz yanına gətizdirib, rəis vəzifəsi verdirib, sonra isə polkovnik rütbəsiylə mükafatlandırıb.


Teqlər:
Bu xəbər cəmi 1150 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR