Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

DAHA BİR MƏMUR OĞLUNDAN NARAZILIQ VAR

DAHA BİR MƏMUR OĞLUNDAN NARAZILIQ VAR
Bir müddət əvvəl ölkə başçısı keçirdiyi müşavirədə məmur övladları ilə bağlı sərt xəbərdarlıq etmişdi. Görünür, bəzi məmurlar və onların övladları dövlət rəhbərinin həmin xəbərdarlığını unudublar, ona görə də prezidentin söylədiklərini bir daha xatırlatmaq vacibdir. Ölkə başçısı demişdi: ““Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”. Prezidentin bu çıxışından sonra məlumat gəldi ki, bəzi məmurlar özlərinin “dəcəl” övladları üzərində nəzarəti artırıblar, onlara ehtiyatlı olmağa, danışıq və davranışlarına xüsusi diqqət yetirməyi tapşırıblar. Amma görünən odur ki, bəzi iri məmur övladları hələ də vətəndaşlarda narazılıqlar yaratmaqdadırlar. Məsələn, Xəzər Dəniz Gəmiçilik İdarəsinin (XDGİ) rəisi Aydın Bəşirovun oğlu ilə işçiləri arasında narazılıq olduğuna dair iddialar ortaya çıxıb. Həmin iddialarda bildirilir ki, Aydın Bəşirovun oğlu İlqar Bəşirov zəngin adamlar sırasına daxil edilir. Məlumatlara görə, üzdə görünməyi çox sevməyən Oğul Bəşirov atası kimi gəmiçilik sahəsində çalışır. İlqar Bəşirova məxsus xeyli yükdaşıma gəmilərinin olduğu və onlardan əsasən neftdaşımada istifadə olunduğu bildirilir. Ən maraqlısı isə odur ki, Aydın Bəşirov rəhbərlik etdiyi idarənin balansındakı bütün gəmilərin təmirini oğluna tapşırır. Bu isə yetərincə böyük həcmdə pullar üzərində nəzarət imkanı deməkdir. İlqar Bəşirov haqqında iddiaya görə, əmək hüquqlarının qorunmasından və maaşlarının azlığından gileylənən işçilərə qarşı həqarətli davrandığı barədə məlumatlar var. Və artıq bir çox işçilərin bu durumdan bezdikləri, ya işlərini tərk, ya da yuxarılara şikayət etməyə hazırlaşdıqları vurğulanır. Qeyd edək ki, Aydın Bəşirovun özündən də işçilərin ciddi narazılığı var. O, tabeçiliyindəki şəxslərə qarşı kobud və qəzəbli münasibəti ilə seçilir. Hələ iki il əvvəl Bakı Dəniz Limanının fəhlələri bundan bezərək məsələni ictimailəşdirmiş, etiraz aksiyası keçirmək qərarına belə gəlmişdilər. Onlar Xəzər Dəniz Gəmiçiliyinin rəhbəri Aydın Bəşirovun özəl limanında qanunsuz olaraq işlədilmələrinə etiraz edirdilər. Etiraz səsini qaldıran fəhlələr isə A.Bəşirovun adamları tərəfindən hədələnirdilər. Limanın 300-ə yaxın işçisi o vaxt mətbuata müraciətlərində Bəşirovun qanunsuz hərəkətlərindən narazılıqlarını bildirmişdilər: “Aydın Bəşirov 2-3 ildə limançıların başına min cür oyun açıb. O, müəssisəmizdə gərginlik yaradır, bütün işlərimizə müdaxilə edir, rəhbərliyi və bizi təhqir edir, limanın iş ahəngini pozur...” Bu cür hallar gəmiçilik sahəsində çalışanlar üçün artıq adi hala çevrilib. Odur ki, əksər işçilər Bəşirovun işdən azad edilməsini, onun özünün və yaxın adamlarının zülmündən xilas olacaqları günü səbirsizliklə gözləyirlər. Maraqlı burasıdır ki, ölkə başçısı yalnız məmur övladlarını deyil, məmurların özlərini də özlərinə çəki-düzən verməyə dəvət etmişdi. Bildirmişdi ki, vətəndaşları incidən, onları narazı salan hərəkətlərə yol verən məmurlar da cəzalandırılacaqlar. Amma bu xəbərdarlıqdan sonra da “gəmiçilik şefi”nin öz işçiləri ilə münasibətində hər hansı dəyişiklik müşahidə edilmədiyi bildirilir. Bu isə belə davam edərsə, həm adıçəkilən məmurun özü, həm də oğlu üçün yaxşı heç bir perspektiv vəd etmir.

Teqlər:
Bu xəbər cəmi 2275 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR