Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Jurnalistlər hansı mətbuat katibini ilboyu tapa bilmədilər? -SORĞU

Jurnalistlər hansı mətbuat katibini ilboyu tapa bilmədilər? -SORĞU

2015-ci il başa çatmaq üzrədir. Bu ilin jurnalistlərin yaddaşında hansı izlər buraxdığı, onların peşə fəaliyyətlərini yerinə yetirərkən hansı çətinliklərlə qarşılaşdığı yəqin ki, sizin üçün də maraqlıdır. Jurnalistlərin əsas işi xəbər əldə etmək, informasiyanı dəqiqləşdirmək olduğundan, onların  "işi”, bu mənada nazirliklərin, qurumların mətbuat xidməti rəhbərlərindən keçir. Həmin qurumların sözçülərinin işi isə jurnalistlərin sualını cavablandırmaqdır. Bəs görəsən bu il jurnalistlərin "qara siyahısına” düşən mətbuat katibləridir? Elə bu sualla ölkənin aparıcı mətbu orqanlarının əməkdaşlarına müraciət etdik. Mənzərəni daha aydın göstərmək üçün müxtəlif mətbu orqanalda müxtəlif sahələrdə xəbər hazırlayan həmkarlarımızla həmsöhbət olduq. 


 


Azvision.az saytı-Gültəkin Ələsgər: "Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Vergilər Nazirliyinin,  Təhsil Nazirliyi, Dövlət Statistika Komitəsi, Rabitə Yüksək Texnologiyaları Nazirliyi, AZAL, İqtisadiyyat və Sənaye  Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibləri jurnalistlərin suallarını həmişəki kimi operativ cavablandırdılar. Amma bu il əvvəlki illərdə olduğu kimi, tənqiddən nəticə çıxarmayan mətbuat xidmətləri də az olmadı. Yəni, "köhnə hamam, köhnə-tas” prinsipi ilə işləyən mətbuat xidmətləri bu il də yenə işləmədilər. Bunlar Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Maliyyə Nazirliyi, Müdafiə Nazirliklərinin mətbuat xidmətləri rəhbərləridir. Hansı ki, adlarını getdikcə jurnalistlər də unutmağa başlayır”. 




 


"Ekspres” qəzeti-Vasif Cəfərov: "Məncə mətbuat xidmətlərinin işinin keyfiyyətini göstərən əsas əlamət onların xidmətlərinin əlçatanlılığıdır. Mətbuat xidmətləri ünsiyyətçil olmalı, Kütləvi İnformasiya Vasitələrinin əməkdaşları ilə sıx əlaqədə olmalıdırlar. Bu baxımdan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovun, İqtisadiyyat və Sənaye Nazirinin xidmət rəhbəri Abbas Əliyevin, Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyevin adını çəkmək olar”. 


 


 


 


 


 


 


"Kaspi” qəzeti-Təranə Məhərrəmova: "Təhsil Nazirliyinin mətbuat xidməti Cəsarət Valehov yaxşı işləyir. Mədəniyyət Nazirliyi əvvəllər tədbirlərə dəvət edirdi. Indi isə elektron poçta xəbər göndərməklə kifayətlənir. ƏƏSMN-nin sözçüsü Elman Babayev də KİV-lə çox yaxşı işləyir. Səhiyyə Nazirliyinin mətbuat katibi isə yox kimi bir şeydir. Vergilər Nazirliyindən Şahin Məmmədovun da fəaliyyəti normaldır. Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov və telekanalların mətbuat əlaqələndiricilərinin işi "0” səviyyəsindədir”. 




 


"Gündəlik Teleqraf”qəzeti- Naibə Qurbanova: "Ümumilikdə bu il ötən illərə nisbətən mətbuat xidməti rəhbərlərinin fəaliyyəti ürəkaçan oldu. Bunu həm də bəzi qurum sözçülərinin dəyişikliyi də izah etmək olar. Verdiyim suala operativ cavab aldığım mətbuat xidməti rəhbərləri sırasında Bakı Metropoliteni QSC-nin mətbuat katibi Nəsimi Paşayev, Əmək və Sosial Müdafiə Nazirliyinin mətbuat xidməti rəhbəri Elman Babayev, Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Əmrah Fəqanoğlu, "Bakubus” MMC-nin mətbuat katibi Nuridə Allahyarova olub. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov, SOCAR-ın sözçüsü Nizaməddin Quliyevdən heç vaxt suallarıma cavab ala bilməmişəm. Hesablama Palatasının mətbuat xidmətinin rəhbəri Nailə Qazıyeva və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Çingiz Hüseynovu isə hələ də axtarıram”.


 


 


 


 


 


 


 


 


 


 


 




Teleqraf.com saytından- Ruslan Xəlil: "Bakı Metropoliteni QSC-nin mətbuat katibi Nəsimi Paşayev, Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov, Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı, "Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti”nin mətbuat xidməti rəhbəri Elmar Hüseynov  bu il yaxşı işləyib. Ən pis işləyənlər isə, keçmiş MTN-nin sözçüsü Arif Babayev, Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri və Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov oldu.”




 


"Həftə-İçi” qəzetinin müxbiri Vüsal Tağıbəyli: "Bu il, mən səfirliklərlə işlədiyim üçün nadir hallarda mətbuat xidmətlərinə müraciət etsəm də, konkret olaraq 3 mətbuat katibindən razılıq eləməyə borcluyam. Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də Xarici İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sözçüsü İradə İbrahimova, DSMF-nin mətbuat katibləri hər zaman iş başında olublar. Bu adamlar həm də təkcə mətbuat katibi kimi yox, həmkar, səmimi insan və yaxşı dost kimi yadımda qalıblar. ETSN-dən İradə xanımla söhbət edəndə şəxsən mən mənən hüzur tapıram. Elə bilirəm bu xanımla uzun illərdir birlikdə çalışmışam, o qədər səmimi ünsiyyətimiz olur. Bütün dövlət qurumlarına məhz qeyd elədiyim nazirliklərin mətbuat katibləri kimi kadrlar arzulayıram. Hamınızın bayramınız mübarək! Yeri gəlmişkən, Nəqliyyat Nazirliyinin və Səhiyyə Nazirliyinin tənqid eləmək üçün faktlar çoxdur. Nəqliyyat Nazirliyinin mətbuat katibi ümumiyyətlə işləmir”.




 


"Gündəlik Teleqraf” qəzetinin müxbiri Sevil Hilalqızı: "Təhsil Nazirliyinin digər nazirliklərlə müqayisədə mətbuata açıq olmağı, sorğulara yazılı cavabı yaxşı nümunədir. İşlədiyim digər nazirlik və qurumların nə yaxşı, nə pis fəaliyyəti haqqında heç nə demək istəmirəm. Bayramdı, deyib kiminsə xətrinə niyə dəyim?”.


 


 


 


 


 


 




Modern.az-Aytən Zəhra: "Bu il də mətbuatla yaxşı  işləməyən mətbuat katiblri oldu. Bakı Şəhər İcra Hakimiyyətinin , Qafqaz Müsəlmanları İdarəsinin, Ədliyyə Nazirliyinin, Dövlət  Gömrük Komitəsinin, Sərhəd Qoşunlarının,  Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin rəhbərlərinin mətbuatla münasibətləri demək olar ki, qanedici deyil. Yerdə qalanların fəaliyyətini normal hesab edirəm”.


 


 


 


 


 


 


 


 


 




 


"Bakı-Xəbər” qəzetinin müxbiri Günel Cəlilova:  "Mətbuat katiblərinin media isçiləri ilə işləməsi mənim yaralı yerimdi. Daim mətbuata açıq və heç bir jurnalistin sualını cavabsız qoymayan mətbuat katiblərimizdə var. Onlardan Gənclər və Idman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova, Dövlət Sosial Müdafiə Fondundan Əmrah Fəqanoğlu, Standartlaşdırma və Metrologiya üzrə Dövlət Patent Agentliyinin sözçüsü Fazil Talıblı, "Azərişıq”ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev, Təhsil Nazirliyindən Cəsarət Valehov, BDU-nun mətbuat xidməti rəhbəri Pərvanə İbrahimova, Daxili İşlər Nazirliyinin katibi , Mədəniyyət və Turizm Nazirliyi, "Bakı Metropoliteni”nin mətbuat katibi Nəsimi Paşayev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, "Azərsu” ASC-nin, "Azəriqaz İstehsalat Birliyi”nin, Dövlət Neft Şirkətinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ailə, Qadın, Uşaq Problemləri üzə Dövlət Komitəsinin, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin, Baş Dövlət Yol Polis İdarəsinin, "Azəryolservis”in mətbuat xidmətlərindən istədiyim açıqlamanı ala bilirəm. Amma narazı qaldığım və zənglərə cavab verməyən mətbuat katiblərimizdə az deyil. İlk növbədə Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənovun adını çəkmək istəyirəm. Bu şəxslə uzun müddətdir ki, mətbuatdan qaçır. Nə zaman zəng etsəm "xəstədir danışa bilmir" cavabını eşidirəm. Əgər Namiq müəllim xəstədirsə Allah şəfa versin və mətbuatın suallarını cavablandıran bir nümayəndə ilə əvəz etsin. Gömrük Komitəsi,Fövqəladə Hallar Nazirliyi, Energetika Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidmətinin mətbuat xidməti rəhbərləri ilə əlaqə yaratmaq mümkün deyil. Namiq Həsənovdan konkret "dad” edirəm”.


Aznews.az- saytının redaktoru-Nigar Etibar: "Az-çox sayda mətbuat katiblərini çıxmaq şərtilə, qalanları bu il passiv olublar. Düşünürəm ki, ən yaxşı işləyənlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova və "Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayevdir. Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin keçmiş müdiri Nuridə Allahyarova bu il mətbuatla işləyən şəxslər arasında ən yaxşılarındandır. Nuridə xanım eyni templə elə "BakuBus”a təyinat alandan sonra da davam edir. Mətbuat katibləri sorğu məsələlərində çox passivdirlər. Bakı Şəhər Təhsil İdarəsinə 1 aydan çoxdur ki, sorğu göndərmişik, dəfələrlə zəng etmişik, lakin hələ də cavab ala bilməmişik. Müdafiə Nazirliyi də həmçinin. Ümumiyyətlə qurumların mətbuat xidmətlərinin əməkdaşları sorğu göndərin deyirlər, lakin görünən odur ki, heç elektron poçtlarına baxmırlar. Ya da baxmaq istəmirlər. Hər halda jurnalistlərin sorğusunu cavablandırmayan mətbuat katiblərinə qarşı cəzalar sərtləşdirilir. İnanırıq ki, bundan sonra daha operativ işləyərlər”.




 


Report.az informasiya agentliyi-İlkin Pirəli: "Mərkəzi Seçki Komissiyasının Media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədlinin, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın, Gənclər və İdman Nazirliyinin mətbuat xidməti Səmayə Məmmədovanın, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun və "Təmiz şəhər" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Vüqar Babanın 2015-ci il üzrə fəaliyyətini normal hesab edirəm. Yəni, onlar işlədikləri qurumlarla bağlı mətbuata mütəmadi məlumat veriblər. Amma Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovun, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlının və Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin fəaliyyəti qənaətbəxş deyil. Bu qurumların mətbuat xidmətləri media ilə işləmirlər, sorğuya cavab vermirlər, versələr belə, bu, çox gec olur”.




 


Azvision.az saytı-Anar Kəlbiyev: "Bu günki günümüzdə sosial şəbəkələrin geniş çevrəni əhatə etdiyini nəzərə alsaq, gələcəkdə mətbuat xidməti rəhbərlərinin sualları elə buradan cavablandırması yaxşı olardı. Bu operativliyi də xeyli artırardı. Rica edərdim ki, bunu gələcəkdə nəzərə alsınlar. 2015-ci ildə hansı qurumların mətbuat katiblərinin yaxşı işləməsinə gəlincə, parlament müxbiri olduğum üçün Milli Məclisin mətbuat xidməti Akif Təvəkküloğlunu demək istərdim. Digərlərinə gəlincə, Nəsimi Paşayev, Vurğun Həsənli, Elman Babayev, Orxan Mansurzadə və bir neçə nəfər adını unutduğum əməkdaşlar ola bilər. Amma ümumilikdə demək istərdim ki, son zamanlar mətbaut xidmətləri mətbuat üçün çox əlçatandır. Mətbuatla əlaq yaratmayan mətbuat xidmətlərinin sayı çox azdır”. 




APA Tv-Natiq  Qədimov: "Yaxşı işləyəni deyə bilmərəm, amma passivliyinə görə qabaqcıllar sırasında Baş Prokurorluq durur. DİN ilə birgə yaydığı məlumatdan başqa heç bir işlə məşğul olmayan prokurorluq şayələrə yol açdı. Kim nə istədi yazdı, kim nə istədi dedi... Təqsirləndirilən şəxs özü müsahibə vermək istədiyi halda belə, ona imkan yaradılmadı huquqlar tapdanıldı... Məncə həmin qurumda əlavə ştat saxlanılır orada. Bu il ərzində iki təqsirləndirilən şəxsi çəkə bildik ki , onuda bir özümüz bilirik necə... Hadisə barədə məlumat verən rayon prokurorlarına elə təzyiq göstərdilər ki, şəxsən mənə dedilər ki, Natiq müəllim sənə böyük hörmətim var nə istəyirsən de edim, amma çəkiliş demə”.




 


"Palitra” qəzeti-Fuad Hüseynzadə: "Konkret mətbuat xidmətlərindən hansının yaxşı işləməsinə gəlincə, "BakuBus” MMC-nin mətbuat katibi Nuridə Allahyarova,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Elman Babayev, Təhsil Nazirliyindən Cəsarət Valehov, RYTN-dən Müşfiq Əmmirov, DSMF-nin mətbuat katibi Əmrah Fəqanoğlu çox aktiv oldu”. 


 


 


 




 


Gun.az saytı-Kamil Həmidov: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, İqtisadiyyat və Sənaye Nazirliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Dövlərt Sosial Müdafiə Fondunun, həmçinin, Xarici İşlər Nazirliyinin, Bakı Metropoliteninin, Milli Məclisin mətbuat katibləri və mətbuat xidmətləri kifayət qədər normal, fəal işlədilər. Demək olar ki, onların fəaliyyətindən razıyam. Amma Nazirlər Kabinetinin, Prezident Administrasiyasının və bır sıra digər dövlər qurumlarının mətbuat katibləri ənənəvi qeyri-fəallıqları ilə seçildilər”.


 


"Gündəlik Teleqraf” qəzeti- Nərgiz Cavadzadə: "Daha çox siyasi partiyalarla əməkdaşlıq etdiyimdən onların fəaliyyətini şərh edə bilərəm. Bir şeyi qeyd edim ki, siyasi təşkilatların əksəriyyətinin mətbuat xidməti yox səviyyəsindədir. Təbii, maliyyə durumlarını nəzərə almalıyıq, lakin partiya sədrləri və funksionerlərin çoxu da seçicidir. Suala müraciət etdiyin halda sənin sualına cavabı başqa media orqanına açıqlayırlar. Ölkədə 55 partiya rəsmi qeydiyyatda olsa da, onlardan maksimum 10 partiya işlək vəziyyətdədir. Ümumiyyətlə, jurnalistlərin narazılıq etdiyi bir məqamı vurğulamaq istəyirəm, bu, dövlət qurumlarının, təşkilatların böyük əksəriyyətinə aiddir. Mətbuat orqanları arasında fərq qoymaq, öncədən press-relizlərin paylanması, tədbirə məhdud sayda, özlərinə "yaxın” hesab etdikləri KİV-ləri dəvət etmələri haqlı olaraq digər aktiv media təmsilçilərinin narazılığına səbəb olur. Ölkəmizdə təmsil olunan xarici ölkə səfirliklərinə gəlincə, Türkiyə, ABŞ, İran, İtaliya səfirliklərinin fəaliyyətindən razıyam. Tez-tez tədbirlər, brifinqlər təşkil edib, jurnalistlərlə görüşürlər, səfirlərdən müsahibə almaq istəyən jurnalistlərə "yox” cavabı verildiyini eşitməmişəm”.




APA Tv -Fərid Azəri: "Mənim fikrimcə, bu ilin ən yaxşı işləyən mətbuat katibi "Azəryolservis" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli oldu. Ona hər vaxt zəng elədiyimizdə məmnuniyyətlə suallarımızı cavablandırırdı. Ən passiv mətbuat katibinə gəlincə, bu, heç şübhəsiz ki, Nəqliyyat Nazirliyinin Katibliyinin rəisi Namiq Həsənov oldu”.


 


 


 


 


 


 


 


 


 




 


"Ekspres” qəzeti İradə Cəlil: "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova, RYTN-nin mətbuat katibi Müşfiq Əmirov, Fövqəladə Hallar Nazirliyinin sözçüsü Oqtay müəllim bu il mətbuatla yaxşı əməkdaşlıq etdilər. Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənovu isə apar tulla… "Bakubus”ın  mətbuat katibi Nuridə Allahyarova da mətbuat katibi kimi uzun illər təcrübəsi olmasa da,mətbuatla çox yaxşı işləyir. Hesablama Palatasının mətbuat katibi, eləcə də BDU-nun sözçüsü Pərvanə İbrahimova da yaxşılar sırasındadır. Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi Kamran Əliyev telefonlara cavab vermir, verəndə də kobud danışır. Vaqif Əsədov  isə telefonu gec qaldıranlardandı. Onunla danışmaq üçün, ən azıi 5 dəfə yığmalısan. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən  qurumlardan Yaqut Əliyeva da əməkdaşlıqda normaldı”. 




 


APA.az informasiya agentliyi-Etibar Məmmədov: "Bu il parlament seçkiləri ilə bağlı daha çox Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Şahin Əsədli operativ və daha yaxşı fəaliyyət göstərdi”. 


 


 


 


 


 


 


 


 


 


 


 


 




 


"Gündəlik Teleqraf" qəzetinin müxbiri-Səxavət Həmid: " Siyasətdən, xüsusən xarici siyasətdən, Azərbaycanın xarici dövlətlərlə münasibətlərindən, beynəlxalq təşkilatlarla əlaqələrindən yazdığı üçün əsasən ölkənin Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıram. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin fəaliyyəti il ərzində məni əsasən qane edib. Tədbirlər olanda ayrı-seçkilik qoyulmadan bütün jurnalistlərə xəbər verilir. Nazir və nazir müavinlərinin etdikləri xarici səfərlərdən, qatıldıqları beynəlxalq tədbirlərdən, deyək ki, BMT Baş Assambleyasının sessiyasından, ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısından məlumatlar operativ qaydada yerli KİV-ə ötürülüb. Bununla yanaşı XİN-də keçirilən mətbuat konfransları zamanı jurnalistlərin tədbirə xeyli əvvəldən dəvət olunmaları və uzun müddət gözlədilməsi ənənəsinə 2016-cı ildə son qoyulsa, çox yaxşı olar".




 


APA.az Hafiz Heydərov: " Deyərdim ki, ilin ən yaxşı mətbuat xidmeti Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovdur. İkinci yerde DİN, Mudafiə Nazirliyi durur. Ən passiv mətbuat xidməti ləgv olunmuş MTN-nin mətbuat katibi olub. Nazirliyin altını üstünə çevirdilər, Arif Babayev bir kəlmə acıqlama vermədi”. 


 


 


 


 


 


 


 


 


 




Publika.az saytı-Leyla Əliyeva: "Mərkəzi Bank həmişəki kimi passiv oldu. Bu qədər hadisə baş verdi, mətbuat xidməti yatdı. Standartlaşdırma və Metrologiya üzrə Dövlət Patent Agentliyinin sözçüsü Fazil Talıblı operativ işlədi. ARDNŞ-nin mətbuat xidməti rəhbəri də Mərkəzi Bank kimi işlədi”.


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 


"Həftə-İçi” qəzetinin redaktoru Təbriz Vəfalı: "Dəfələrlə məsələ qaldırılmasına baxmayaraq, əvvəlki illərdə oldugu kimi 2015-ci ildə ayrı-ayrı dövlət qurumlarının informasiya təminatina cavabdeh şəxslər yeni mətbuat xidmətləri və ictimaiyyətlə əlaqələr şöbələri arasında aktivlik və passivlik nümayiş etdirənlər oldu. Aktivlik göstərənlər arasında RYTN-nin mətbuat katibi Müşfiq Əmirov, ETSN-nin sözçüsü İradə İbrahimova, İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat katibi Abbas Əliyev,  "Azəryolservis” ASC-nin sözçüsü Anar Nəcəfli, "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı,  Fazil Talıblı, Qulu Xəlilovun adını çəkmək olar. Onların fəaliyyətindən çox razıyam. DSMF-dan Əmrah Fəqanoğlunun, KTN-nin sözçüsü Murtuzəli Haciyevi də bu siyahıya daxil etmək olar. Əvvəlki illərdə olduğu kimi passivlik nümayiş etdirənlər də oldu. Həmin siyahıda Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov və ƏƏSMN –nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev var”. 



"Cümhuriyət” qəzetinin əməkdaşı Yeganə Oqtayqızı: "Dövlət Statistika Komitəsinin Məlumatların yayılması şöbəsinin müdiri Rafael Süleymanov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə, Təhsil Nazirliyi, Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsinin əməkdaşı Şahin Məmmədov, "Bakı Metropoliteni” QSC Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev il ərzində ən yaxşı işləyən mətbuat xidmətləri oldular. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşları jurnalisti mövzuya uyğun şəxslə əlaqələndirməkdə köməklik göstərirlər. Mətbuatla işləməkdən yayınan mətbuat xidmətləridə az deyil. 2015-ci ili dekabrın 1-də Dövlət Miqrasiya Xidmətinin mətbuat xidməti kimi fəaliyyət göstərən Füzuli müəllimə yazılı sorğu göndərmişəm. Yenə əvvəllər dəstəyi götürüb ümid verirdi. Artıq telefonlara da cavab vermir. İl başa çatır. Əlimi sorğudan üzmüşəm. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimovda suallardan yayınır. Bəzi dövlət qurumları da var ki, onlar mətbuata ümumiyyətlə açıq deyil. Varlıqları ilə yoxluqları bilinmir ”.




 




"Yeni Müsavat" qəzetinin əməkdaşı Əli Rəis: "Ümumiyyətlə, Azərbaycanda dövlət qurumlarında mətbuat xidmətinin rəhbərləri sanki o kürsüyə danışmaq deyil, danışmamaq üçün təyin olunub. Bir çoxlarından lazımı cavabı almaq olmur. Ancaq bununla yanaşı hər zaman aradığımızda cavab ala biləcəklərimiz də var. Misal üçün, Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlini qeyd etmək olar. Onlardan hər zaman istədiyim suala cavab ala bilmişəm. Ümid edirəm ki, jurnalistin sorğusuna cavab verilmədiyi təqdirdə cərimələrin sərtləşdirilməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə edilən son dəyişiklikdən sonra, bu hal aradan qalxacaq”. 


 


 


 




Day.az saytının əməkdaşı Seymur Məmmədov: " Mən işlədiyim qurumların bu ilki fəaliyyətini qiymətləndirə bilərəm. ETSN-nin mətbuat katibi İradə İbrahimovanın, DSMF-nın sözüçü Əmrah Fəqanoğlunun, Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramovanın və "Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin KİV-lə işi normaldır. Digər mətbuat katibləri də telefonu açarlarsa, sualımızı cavabsız qoymurlar. Əsas problem odur ki, mətbuat katibləri telefona gec cavab verirlər. Bu isə informasiyanın operativ alınmasına maneə yaradır”. 


 


 


 


 


 


 


 


 


 


 


 


 


 




ATV.az Əziz Əlibəyli: ""Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli, "Bakubus”ın  mətbuat katibi Nuridə Allahyarova  çox yaxşı işləyirlər”. 


 


Modern.az- Namidə Bingöl: "Yola salmaqda olduğumuz 2015-ci il bir neçə xoşagəlməz hadisələrdə yadda qaldı. Müxtəlif sahələrdə baş verən olaylar, bizi insan itkisinin mövcudluğu ilə sarsıtdı. Eyni zamanda, mətbuat orqanlarında çalışanlar oxucuya, tamaşaçıya, dinləyiciyə hər bir xəbəri opertiv, dəqiq və birinci çatdırmaq missiyasını öz üzərinə götürüb. Bu istiqamətdə jurnalistlərlə paralel şəkildə fəaliyyət göstərən nazirliklərdə, digər güc strukturlarında ictimaiyyətə birbaşa cavabdeh olan mətbuat katibləri var. O baxımdan mətbuat katibləri ictimaiyyətə cavabdehlik daşıyırlar ki, şaiyə xarakterli informasiyalar cəmiyyətdə ayaq açıb yeriməsin. Məsələn, bir binada yanğın baş verir, jurnalist insanları məlumatlandırmaq üçün Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə müraciət edir.  Bu cür hallarda hansısa mətbuat nümayəndəsinin suallarını cavabsız qoymaq ictimaiyyəti  təlaş içində saxlamaqla yanlış informasiyaların çoxalmasına şərait yaratmaq deməkdir. Ona görə də yola saldğımız ildə jurnalistlərin müraciətlərinə sayqı ilə yanaşan mətbuat katibləri də oldu, jurnalistlərin müraciətlərini sıradan bir informasiya hesab edənlər də. Mənə elə gəlir ki, 2015-ci ildə Müdafiə Nazirliyinin mətbuat xidməti jurnalistlərlə paralel iş birliyindən özünü kənarda saxladı. Aydındır ki, müdafiə sahəsi hərbi istiqamətdə baş verənlərin kütləvi şəkildə yayılmasına rəvac verməməlidir. Ən azından şaiyələrin də yayılması mütəmadi olaraq əngəllənməlidir. Digər tərəfdən, jurnalistlərlə mütəmadi görüşlər təşkil edilməli idi. Ona görə ki, cəbhədə baş verən hər hansı insident zamanı jurnalist nə yazmağını yox, necə yazmağını bilsin. Keçmiş Milli Təhlükəsizlik Nazirliyi isə mətbuatı informasiya baxımından təmin etmək məsələsində illərdir davam edən susqunluğunu qoruyub saxladı. Razı qaldığım mətbuat nümayəndələri də var. Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi İdman və Gənclər Nazirliyi, Mədəniyyət Nazirliyi mətbuata informasiya verməklə yanaşı jurnalistlərlə mütəmadi olaraq görüşlər təşkil etdilər. Bakı Metropoliteni də mətbuatla sıx təmas quran orqanlardandır. Ümid edək ki, yeni ildə mətbuatla sıx əlaqələr daha da yaxşı inkişaf edəcək”. 


 


"Ədalət” qəzeti-Sübhan Mahmudov: "Yaxşı işləyən mətbuat katibləri çox azdı yəni barmaqla sayılası qədərdi. Ya zənglərə cavab vermirlər, ya da qısaca "Bizdə belə bir məlumat yoxdur” cümlələri ilə jurnalisti yola verirlər. Bəzi mətbuat katiblərini çıxmaq şərti ilə yaxşı işlədiyim və hər zaman sualları vaxtında cavablandıran mətbuat katibləri də var. Heç bir çətinlik çəkmədən işlədiyim mətbuat katiblərini sırlasam öndə gedən bunlar olar : "Bakı Metropoliteni”nin mətbuat katibi Nəsimi Paşayev, Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti Əmrah Fəqanoğlu, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ( ETSN ) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova, "Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli, "Azərsun Holdinq”in İctimaiyyətlə əlaqələr və sosial xidmətlər departamentinin rəhbəri Afiq Səfərov, Bakı Ali Neft Məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəsi (BANM) Zeynəb Kazimova, Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr Departamentinin müdiri Şəfaqət Kazımova və Abdulla Şaiq adına Kukla Teatrının mətbuat xidmətinin rəhbəri Həmidə Rüstəmovanı qeyd edə bilərəm. Bundan əlavə Azərbaycanda jurnalistlərin sorğularına cavab verməkdən imtina etməyə, cavabsız buraxmağa və jurnalistə informasiyanın verilməsinə məhdudiyyət qoymağa görə yeni cəzalar tətbiq ediləcək . Ümid edirəm ki yeni qanun qəbul olunub qüvvəyyə mindikdən sonra jurnalistlərin işi bir az asanlaşacaq”.


 


"Bizim Yol” qəzeti-Ramid İbrahimov: "Bu il Hökumət təşkilatlarının mətbuat xidmətinin rəhbərləri bəzi suallara cavab verib, bəzi sualları cavabsız qoyub. Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev isə ümumiyyətlə sorğuları cavabsız qoyub”.




 


Movqe.az saytı-Zülfiyyə Quluyeva: "Mətbuat xidmətlərinin yaxşı işləməyi bizim üzümüzü işlədiyimiz KİV-də "ağ” edir. İndi onlayn media daha populyar olduğundan, operativlik tələb edir. Biz jurnalistlər operativliyi təmin etmək üçün əlimizdən gələni edirik. Amma gərək dövlət qurumlarının sözçüləri də vəzifələrini yerinə yetirsinlər. Bu il də ötən ildə olduğu kimi mətbuatı incitməyən, sualını cavabsız qoymayan mətbuat xidməti rəhbərləri media ilə əməkdaşlıqda əvvəlki illərdəki kimi seçildilər.Bu siyahıya ETSN-dən İradə İbrahimovanın, RYTN-dən Müşfiq Əmirovun, Vergilər Nazirliyindən Mehdi müəllimin və Şahin müəllimin, İqtisadiyyat və Sənaye Nazirliyindən Abbas Əliyevin, Gənclər və İdman Nazirliyinin mətbuat xidməti Səmayə Məmmədovanın, "Azərsu” ASC-nin sözçüsü Anar Cəbrayıllının, Səhiyyə Nazirliyindən Liya Bayramovanın və Səfayə Əhmədovanın, RGEM-dən Anar Qədirlinin, Təhsil Nazirliyindən Cəsarət Valehovun, "Bakı Metropoliteni”nin mətbuat katibi Nəsimi Paşayevin, Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti Əmrah Fəqanoğlunun, "Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin, Mədəniyyət Nazirliyindən Vüqar Şıxməmmədovun, İntiqam babayevin, Zöhrə xanımın,  Standartlaşdırma və Metrologiya üzrə Dövlət Patent Agentliyinin sözçüsü Fazil Talıblının, "Bakubus”ın  mətbuat katibi Nuridə Allahyarovanın, Milli Məclisin mətbuat katibi Akif Təvəküloğlunun və Qərənfil xanımın,  KTN-dən Murtuzəli müəllimin, TQDK-dan Elnur Nağızadənin,QHT-lərə Dövlt Dəstəyi Şurasının mətbuat katibi Elməddin Behbudun adını daxil etmək olar.  Universitetlərdən BDU-nun Bakı Ali Neft Məktəbinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin də mətbuat katibləri çox fəaldırlar. NİM-in sözçüsü Şəfa Mehmanqızı da sualları operativ cavablandırır. Ola bilər ki, hansısa qurumlar var ki, onların adını unutmuşam. Hər halda aktiv əlaqə saxladığım bu qurumların KİV-lə əlaqəsini normal sayıram. Amma əvvəlki illərdəki kimi bu il də mətbuatın suallarını cavabsız buraxmaqda ad çıxardan Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov adətinə xilaf çıxmadı. Maliyyə Nazirliyinin mətbuat katibini də KİV-lə əlaqədə passiv hesab edirəm. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən  qurumlardan Yaqut Əliyevanın şəxsən xətrini çox istəsəm də indiyədək ünvanladığım sualları cavabsız buraxıb. Sualıma cavabı isə Mübariz Qurbanlının tv-lərdəki çıxışlarında tapmağı tövsiyyə edib. Məncə bu mətbuata, jurnalistə düzgün münasibət deyil. QMİ-nin də sözçüsü telefonlarımızı nadir hallarda açır. Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri yoxa hesabdır. "Azəriqaz”İB-nin yeni mətbuat katibi İbrahim Kəlbəliyev isə sualımıza operativ cavab verir. Penitensir Xidmətin başda Yaşar İsak olmaqla bütün mətbuat xidməti şöbəsinin əməkdaşları fəaldır. Dövlət Miqrasiya Xidmətinə ünvanladığım suala isə üç ilə yaxındır cavab ala bilmirəm. 


 





Teqlər:
Bu xəbər cəmi 4305 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR