Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, əməkdar artist adı alan 11 incəsənət nümayəndəsi arasında Röya Ayxan da (tam adı Nəcəfova Röyalə Yaqub qızı) var.
Xatırladaq ki, ilk dəfə Vaqif Gərayzadənin W-trio qrupunda çıxış edən Röya qrupdan ayrıldıqdan sonra solo müğənniliyə başlayıb. 2005-ci ildə Yalta şəhərində keçirilən Beynəlxalq Gənc İfaçılar müsabiqəsində “Tamaşaçı simpatiyası” nominasiyası üzrə laureat olub. 2006-cı ildə keçirilən sorğuya əsasən “İlin müğənnisi” və “İlin konserti” nominasiyaları üzrə qalib gəlib.