Azərbaycanın xaricdəki, xüsusilə Latın Amerikası və Afrika ölkələrində açılan səfirliklərinin bağlanması, bəzilərinin isə birləşdirilməsi ilə bağlı məlumatlar yayılır.
“Qafqazinfo” xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az saytınınsorğusunu qismən təsdiq edib. O bildirib ki, hal-hazırda dünya enerji bazarında cərəyan edən tendensiyaların fonunda işin optimallaşdırılması məqsədilə qeyd olunan məsələ də ciddi şəkildə hökumət tərəfindən nəzərdən keçirilir.