Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ramil Usubov əmr verdi; Polis rəisi çıxarıldı

Ramil Usubov əmr verdi; Polis rəisi çıxarıldı


Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) rəisi, mayor Emin Məmmədov tutduğu vəzifədən azad edilib.






 Mia.az xəbər verir ki, gundelik-baku.com saytına daxil olan məlumata görə, bu barədə daxili işlər naziri Ramil Usubov əmr imzalayıb. Məlumatda deyilir ki, hələlik onun yerinə heç bir təyinat olmayıb və Emin Məmmədov başqa vəzifəyə qoyulmayıb. Xatırladaq ki, bir müddət əvvəl Emin Məmmədovun adı Xocalı rayon sakini Elməddin Bayramovu özünə intihar həddinə çatdırmasında hallandırılmışdı. Belə ki, Emin Məmmədov öz şəxsi "Porsche" markalı 10 AN 014 nömrəli avtomobili ilə hərəkətdə olarkən həmin istiqamətdə Elməddin Bayramovun idarə etdiyi "Vaz-2105" markalı 10 GO 893 nömrəli avtomobili saxlayıb. Sürücüyə qarşı kobudluq edən polis rəisi onu özündən çıxarıb. Nəticədə, sürücü idarə etdiyi maşına od vuraraq yandırıb. Deyilənə görə, məhz bu hadisədən sonra Emin Məmmədovun barəsində DİN rəhbərliyində mənfi fikir yaranıb və o, vəzifə səlahiyyətlərini düzgün icra etmədiyinə görə işdən kənarlaşdırılıb. Qeyd edək ki, Emin Məmmədov daxili işlər nazirinin keçmiş müavini Əsgər Ələkbərovun qohumu idi.


Teqlər:
Bu xəbər cəmi 1050 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR