Rusiya Federasiyasının Dövlət Dumasında RLDP fraksiyasının rəhbəri Vladimir Jirinovski Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.
“Qafqazinfo” xəbər verir ki, İ. Əliyevi doğum günü münasibəti ilə təbrik edən Jirinovski yazıb: “Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasının Dövlət Dumasında RLDP fraksiyasının deputatları adından və şəxsən öz adımdan təbrik edirəm.
Sizin müdrikliyiniz, peşəkarlığınız, doğma ölkənizə və xalqınıza sədaqətiniz nəzərdə tutulan kurs üzrə düzgün irəliləməyinizə və mühüm dövlət proqramlarının səmərəli şəkildə həyata keçirilməsini davam etdirməyinizə kömək edir. Prezident vəzifəsində Sizin qazandığınız zəfərlər həqiqətən ölçüyəgəlməzdir və artıq ölkənizin ən yeni tarixinə yazılıb.
Sizə uzun ömür, möhkəm cansağlığı, ali dövləti vəzifənizdə uğurlar arzulayıram”.