Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Van Damm mənə zəng vurub təbrik etdi”

“Van Damm mənə zəng vurub təbrik etdi”


Dəfələrlə dünya və Avropa çempionu olmuş, peşəkar kikboksinq üzrə müxtəlif Qran-prilərin qalibi Zabit Səmədov report.az-a müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:



- Bir neçə gün əvvəl siz dünya çempionu Pol Slovinskiyə qarşı əla döyüş keçirdiniz. İnamlı qələbə qazandınız. Döyüş ərəfəsində həyəcan var idi?



- Bəli, qəribə də olsa, bu döyüşdən əvvəl çox həyəcanlı idim. Adətən, məndə belə şey olmur. Heç Badr Hari ilə döyüşəndə də həyəcan yox idi. Amma bu dəfə çox həyəcan keçirirdim. Bəlkə də bu həyəcan döyüşün Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun təşkil etdiyi turnirin kulminasiya nöqtəsi olmasına görə idi. Məsuliyyət hiss edirdim, döyüşü qazanmağa məcbur idim. Döyüş çox gərgin keçdi. Özümü, Kadırovu və əlbəttə ki, məni dəstəkləyən bütün azərbaycanlıları məyus etməmək üçün çalışırdım. Xoşbəxtlikdən hər şey yaxşı qurtardı. Əslində, bu döyüş mənim üçün çox vacib və prinsipial idi. Çoxdan bu döyüşün keçirilməsini gözləyirdim. Bir neçə il idi Slovinski ilə döyüşmək istəyi ilə alışıb yanırdım (2007-ci ildə K-1 döyüşləri üzrə Amsterdam Qran-Prisində azərbaycanlı idmançı döyüş boyu dominantlıq etsə də, raundun ortalarında Pol Slovinskini nokdauna salsa da, sonda qələbəni Slovinski qazanmışdı - red.). 8 il əvvəlki döyüş bir az qeyri-müəyyən olmuşdu. Hesab edirəm ki, hakim döyüşü lazımsız yerə saxlamışdı, mən döyüşü davam etdirə, hətta qalib gələ bilərdim.



- Ümumiyyətlə, Ramzan Axmatoviçlə tanışlığınız necə baş verib?



- İl yarım əvvəl ilk dəfə Qroznıda döyüşürdüm, boks matçı idi. Mənə yalnız bir dəfə Stefan Leko ilə kikboksinq döyüşü təklif olunmuşdu. Rəqibimi 12 saniyəyə nokautla məğlub etdim. Bu döyüşdən sonra daha əvvəllər tanımadığım Ramzan Axmatoviçlə görüşdüm. Bir neçə ay sonra mən onun yanına qonaq getdim, beləcə dostluq münasibətlərimiz quruldu.



- Olimpiya idman növlərinə keçid barədə düşünməmisiniz?



- Kikboksinq və çıxış etdiyim turnirlərdə tamaşaçı auditoriyası Olimpiya idman növlərinin tamaşaçı sayından çox olur. Kifayət qədər çoxlu insan, azarkeşlər artıq məni peşəkar kikboksçu kimi tanıyır. Ona görə də hazırda hansısa Olimpiya idman növünə keçiddə məna və ya istək görmürəm. Heç orada perspektiv də görmürəm. Hesab edirəm ki, çıxış etdiyim idman növü daha irimiqyaslı və baxımlıdır və yenə qeyd edirəm ki, azarkeş kütləsi kikboksinqdə daha çoxdur. Boksu seçəcəyəmsə, bunu daha əvvəldən etməli idim. Mənim artıq öz, başqa yolum var.



- Rinqdən kənarda da emosionalsınız?



- Bilmirəm necə deyim. Onu vurğulayım ki, həyatda rinqdəkindən daha sakitəm.



- Daha əvvəl bu peşəni seçməyinizdə Jan-Klod Van Dammın rolunun olduğunu qeyd etmişdiz.



- Bəli, uşaqlıqda onun fanatıydım. Amma indi kiminsə fanatı deyiləm. Van Dammdan ötən əsrin 90-cı illərində, onun filmləri məşhur olanda ilham almışdım. Hə, onun kikboksinq döyüş üslubu çox xoşuma gəlirdi. Kikboksinqlə maraqlanmağım onun sayəsində olmuşdu. Amma sonradan hər şey fərqli oldu. Artıq özüm döyüşməyə başladım, onun filmlərində gördüyümüz üslubdan fərqli olan öz üslubum yarandı. Həqiqətən bu idman növündə respublika, Avropa, dünya çempionu olmaq istəyirdim.



- Amma Van Damm Qroznıdakı qələbədən sonra sizə zəng edib...



- Bəli, Jan-Klod Van Damm mənə zəng edərək qələbə münasibətilə təbrik etdi, sonra da məni Los-Ancelesə onunla birgə məşq etməyə dəvət etdi.



- Hansısa döyüşdən əvvəl rəqibə uduzmaq qorxusunun olduğu qarşılaşma olub?



- Bu, bir döyüşdür, heç kim məğlub olacağını istisna edə bilməz. Hər şey olur. Mən ağır çəkidə mübarizə aparıram, burada isə bir zərbə hər şeyi həll edə bilir. Əlbəttə, rinqə yalnız qələbə qazanmaq düşüncəsiylə çıxırsan və başqa heç nə barədə düşünmürsən. Mən heç məğlubiyyət barədə düşünmürəm. Əgər bu baş verərsə, mən uduzaramsa, yenə də növbəti döyüşdə bunun əvəzini çıxaram.



- Rəqibin hansısa ağır zərbəsi yadınızda qalıb?



- Əslində çoxlu çətin və mühüm döyüşlərim olub. Amma bu görüşlərdə ağır zərbə aldığımı deyə bilmərəm. İndiyə qədər hələ məni yerə yıxan olmayıb. Odur ki, məni yerə sərəcək zərbə tanımıram.



- "Mauqli" ləqəbi necə yaranıb?



- "Mauqli" ləqəbini mənə məşqçim verib. Bu, çoxdan olub. İlk dəfə tay boksu bölməsinə yazılanda, kluba düşəndə məşqçim hamıdan fərqləndiyimi, daha qaraşın və buruq saçlı olduğumu demişdi. Hamının adı yadında qalmadığından məşqçi mənə Mauqli deyə müraciət etməyə başladı. İlk dəfə peşəkar döyüşə çıxanda artıq özümə döyüşçü ləqəbi götürməliydim. Ya biz seçməli idik, ya da turnirin təşkilatçıları. Bu zaman məşqçim öz adından məni bu ləqəblə qeydiyyatdan keçirdi. Bəli, ləqəbim xoşuma gəlir.



- Fanatlarınız gələn il Zabitdən hansı döyüşləri gözləyə bilər?



- Bu il beş döyüşüm olub. Bu il mənim üçün bol hadisəli keçib. Gələn il döyüşlərin sayını azaltmaq istəyirəm. Üç, maksimum dörd döyüş. Ən yaxın turnir mart və ya aprel ayında olacaq. Bəlkə də may ayında oldu. Yarışın məkanı hələ ki, müəyyənləşməyib. Müəyyən fasilə götürüb, istirahət etmək, gücümü bərpa etmək istəyirəm. Müalicə etməli olduğum kiçik zədələrim var. Gələn il yeni döyüşlərə tam qüvvəylə, tam sağlam vəziyyətdə çıxmaq istəyirəm.



- Azərbaycanlıların sizin qələbələrinizə reaksiyası bütün rekordları qırır. Bəs, ölkənin rəsmi strukturlarının, məsələn, Gənclər və İdman Nazirliyinin nümayəndələrinin reaksiyası necə olur?



- Azərbaycanın rəsmi strukturları tərəfindən heç bir dəstək olmayıb. Qroznıdakı son döyüşümə Çeçenistan Respublikası tərəfindən Azərbaycanın gənclər və idman naziri, Kikboksinq Federasiyasının prezidenti dəvət olunmuşdu. Amma nə gələn oldu, nə də dəvəti cavablayan. Kadırov isə mənə avtomobil hədiyyə edib, dəyəri 70 min dollar olan bahalı saat verib. O, mənə bunları sadəcə, bir dost jesti kimi edir. Azərbaycanlı rəsmilərdən isə heç kim əlimi belə sıxmayıb. Hər il saytlarda ilin sonunda mükafatlandırma mərasimi keçirildiyini, kiməsə diplom, kiməsə ev, kiməsə maşın, kiməsə başqa bir şey verirlər. Diqqətdən kənar qalmağımın səbəbini bilmirəm. Çünki keçirdiyim döyüşlərdə Azərbaycanı təmsil edirəm və onlar beynəlxalq xarakterli olur. Bütün dünya harda və nə vaxt döyüşəcəyimlə maraqlanır. Sosial şəbəkələrdəki reaksiyalardan həmvətənlərimin mənə necə azarkeşlik etdiyini görürəm. Belə çıxır, Azərbaycanda uğurlarıma federasiya və nazirliyin bəzi nümayəndələrindən savayı, hamı sevinir. Amma istənilən halda, karyeramın sonuna qədər Azərbaycan bayrağı ilə çıxış edəcəm. Mən azərbaycanlıyam, Prezidentimizin sayəsində Azərbaycan vətəndaşıyam. İki il əvvəl o, mənə pasport hədiyyə edib. Hələ ki, onunla görüşə bilməmişəm. Amma ümid edirəm ki, yaxın gələcəkdə Prezidentlə görüşüb onun əlini sıxacam.



- Azərbaycana köçmək barədə düşünmüsünüz?



- Mən burada yaşamaq istəyirəm. Hələ ki, burada heç nəyim olmadığından Belarusda yaşayıram. Evim Minskdədir, amma hər döyüşdən sonra Azərbaycana, vətənə gəlirəm ki, qoy xalqım vətənə qayıtdığımı, həm də qələbə ilə, görsün. Gələcəkdə, əlbəttə, Azərbaycanda öz idman klubumu açmaq və ölkəmin adını yüksəltmək, gənclərə sağlam həyat tərzini təbliğ etmək üçün yeni döyüşçülər, qəhrəmanlar yetişdirmək istəyirəm.



- Necə düşünürsüz, azərbaycanlı gənclərin məşğul olduğunuz idman növündə uğur əldə etmək üçün potensialı var?



- Xalqımız həmişə qəhrəmanları ilə məşhur olub. Biz həmişə belə olmuşuq. Bu ənənələri davam etdirməliyik. Ona görə də kikboksinqin çətin idman növü olması bizi qorxutmamalıdır. Sağlam və güclü xalqımız var. Gücümüzü əsl kişi idman növlərində göstərməliyik. Elə buna görə də məktəb yaradıb gələcək çempionlara doğru yol göstərmək istəyirəm. Özüm bütün bunlardan keçdiyimdən bunu etməyə borclu olduğumu düşünürəm.



- Son turnirdə siz Çeçenistanın "Axmat" komandasının heyətində döyüşdüz. Azərbaycan klublarından təkliflər var idi?



- Bir neçə il əvvəl mən özümə Azərbaycanda idman klubu axtarırdım, hansısa idman klubunu məşhurlaşdırmaq istəyirdim. Təəssüf ki, alınmadı. "Qəbələ" klubu ilə danışıqlar olub. Mən o klubda çıxış etmək üçün öz şərtlərimi deyəndən sonra onlardan imtina cavabı aldım. Bir neçə ay öncə isə Çeçenistanın ilk prezidenti Əhməd-Hacı Kadırovun şərəfinə "Axmat" adı verilmiş klubdan təklif aldım. Şərtlər məni razı saldığından razılaşdıq və mən müqavilə bağladım. Əlbəttə, həmişə vətənimdə, Azərbaycanda çıxış etmək istəmişəm. Bizdə kikboksinq üzrə müxtəlif yarışlar keçirilsə də, bu idman növü lazım olduğu səviyyədə təbliğ olunmur. Mən daha irimiqyaslı turnirlərin keçirilməsini istərdim. Özüm də bu yarışlarda məmnuniyyətlə çıxış edərdim.


Teqlər:
Bu xəbər cəmi 760 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR