Zərdabın icra başçısının satışa çıxardıqları obyektlər sırasında ferma, balıq vətəgəsi və digər mülklər var
Zərdabın icra başçısı Lütfəli Babayev 4 gündür bütün mülklərini satışa çıxarıb. Bu barədə rayondakı mənbələrdən JAM.AZ-a məlumat daxil olub.
Məlumatda deyilir ki, Babayevin satışa çıxardığı mülkləri sırasında evlər, dükanlar, hətta ev əşyaları da var. Bundan başqa, icra başçısının balıq vətəgəsi isə artıq satılıb.
Məlumat verən şəzslər qeyd edirlər ki, Zərdabın icra başçısı rayondakı fermalarında saxlatdırdığı qoyunları və mal-qarasını da gecəylə Mingəçevirə daşıtdırıb.
Onların iddiasına görə, məzuniyyətə çıxan icra başçısının belə bir addım atmasının səbəbi vəzifəyə qoyacağı şəxslərdən aldığı pulları geri qaytarmaq istəməməsidir. Onlar bildirirlər ki, Lütfəli Babayev hətta deputat olmaq üçün kimlərəsə pul verib və bunun müqabilində onu Astaraya icra başçısı göndəriləcəyi vəd olunub.
Qarşı tərəfi də dinləməyə hazırıq.