Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

RÖVNƏQ ABDULLAYEV "SEHİRLİ MƏHLULLARININ" SİRRİNİ AÇIQLADI

RÖVNƏQ ABDULLAYEV
Son vaxtlar kütləvi informasiya vasitələrində ARSDNŞ-ın emal kompleksində istehsal olunan benzinlərə maraq xüsusilə artıb. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, benzin markalarının fərqləndirilməsi məqsədilə onların rəngə boyadılması haqda açıqlamalar bəzən ictimaiyyətə təhrif olunmuş şəkildə çatdırılır. Bunu nəzərə alaraq ARDNŞ bir daha bildirir ki, 2013-cü ilin yanvar ayından istehlakçıların hüquqlarının qorunması məqsədilə A-92 və A-95 markalı benzinlərin fərqləndirilməsi üçün A-92 növlü avtomobil benzininin qırmızı rəngə boyadılmasına başlanılıb. Artıq 2013-cü ilin aprelində avtomobil benzinlərinin Dövlət Standartında da 2 saylı dəyişiklik edilib, A-95 və A-98 markalı benzinlərin hazırlanması zamanı istifadə ediləcək oksigenatların (oksigen tərkibli karbohidrogenlərin) növləri və miqdarı haqqında normativ məlumatlar verilib. Dəyişikliyə əsasən, bu benzinlərin fərqləndirilməsi üçün hazırda istehsal olunan A-92 markalı benzinin qırmızı rəngdə boyanması həyata keçirilir, gələcəkdə istehsal olunacaq A-98 markalı benzinin isə yaşıl rəngə boyanması nəzərdə tutulur. Qeyd edək ki, 1980-ci ilə kimi Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda 4 növdə - A-66, A-72, A-76 və A-93 markalı avtomobil benzinləri istehsal edilib. Zavodda iri məhsuldarlığa malik katalitik riforminq qurğusu istismara verildikdən sonra respublikada istehsal olunmuş avtomobil benzinlərinin kəmiyyət və keyfiyyət göstəricilərində müsbət dəyişikliklər baş verib, istehsal 25,8% artıb, aşağı keyfiyyətli A-66 növlü benzinin istehsalı isə tamamilə dayandırılıb. 1990-cı ildə A-92 markalı yüksək oktanlı benzinlərin istehsalına başlanılıb, həmin il iki növdə - A-92 və A-93 markalı benzinlər istehsal olunub. 1991-ci ildə A-93 markalı məhsulun istehsalı dayandırılıb, A-92 markalı benzinin istehsalı isə davam etdirilib. A-72 markalı avtomobil benzininin istehsalı 1994-cü ildən dayandırılıb. 1996-cı ildə isə A-95 markalı benzinin istehsalına başlanılıb. Hazırda H.Əliyev adına BNEZ-də 3 növ benzin (A-92, A-95 və A-80 markalı benzinlər) istehsal edilir. Bu məhsulların 94,6%-ni A-92, 4,7%-ni A-95, 0,8%-ni isə A-80 markalı benzinlər təşkil edir

Teqlər:
Bu xəbər cəmi 2205 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR