Rusiya yüksək səviyyədə görüşlər daxil olmaqla, Dağlıq Qarabağ münaqişəsinin tərəflərinə vasitəçilik yardımı göstərmək üçün bütün mümkün alətlərdən istifadə edir.
Azvision.az TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) ötən ilin yekunları üzrə məlumatında deyilir.
"Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında çətin şərait fonunda münaqişə tərəflərinə vasitəçilik yardımının göstərilməsində fəal rol oynadı. Bunun üçün yüksək səviyyələrdə görüşlər daxil olmaqla bütün mümkün alətləri işə saldı. Müvafiq təşəbbüslər Rusiya Prezidenti Vladimir Putinin apreldə Yerevana, iyunda Bakıya səfəri zamanı müzakirə edilib, eyni zamanda apreldə Ermənistanın, mayda isə Azərbaycanın xarici işlər nazirlərinin Moskvaya rəsmi səfərlərində nəzərdən keçirilib”, - deyə Rusiya XİN-in yaydığı məlumatda qeyd olunur.