Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanda bu partiyalar ləğv olunacaq – SİYAHI

Azərbaycanda bu partiyalar ləğv olunacaq – SİYAHI


Azərbaycanda aktiv siyasi fəaliyyətdən kənarda qalan, seçkilərə qatılmayan partiyaların qeydiyyatı ləğv olunacaq.



Bu barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.



Deputatın sözlərinə görə, hazırda bununla bağlı qanun layihəsi hazırlanır: “İctimai birliklər və dini qurumlar komitəsində bununla bağlı qanun layihəsi hazırlanır. Çox güman ki, Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq. Dünyanın bir çox ölkəsində seçkidə iştirak etməyən partiyalar, ümumiyyətlə fəaliyyət göstərməyən partiyaların qeydiyyatı ləğv edilir. Avropa İttifaqına, Avropa Şurasına daxil olan ölkələrdə belə hallar var, mövcuddur”.



Azərbaycanda bu günə qədər 55 siyasi partiya Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. 9 milyondan bir qədər çox vətəndaşı olan bir ölkədə 55 siyasi partiyanın aktiv siyasi fəaliyyət göstərməsi mümkün olmadığı kimi bu partiyaların da bəzilərinin yalnız kağız üzərində adı var.



Qeydiyyata alınan partiyalardan yalnız bir qismi prezident, parlament və bələdiyyə seçkilərində iştirak edir, ölkədəki ictimai-siyasi proseslərə qatılır, bəzən də müxtəlif aksiya və tədbirlər keçirir, eləcə də öz varlıqlarını qiyabi də olsa nümayiş etdirə bilirlər.



Daha dəqiqq desən 55 partiyanın yalnız bir hissəsi aktiv siyasətlə məşğuldur.



Aktiv siyasi fəaliyyəti ilə fərqlənən partiyalara ayrı-ayrılıqda nəzər salsaq ilk olaraq hakim Yeni Azərbaycan Partiyasının adını çəkmək olar.



V çağırış Milli Məclisə keçirilən seçkilərdə bir neçə partiya qanunverici orqanda təmsil olunmaq haqqı qazanıb ki, hakim Yeni Azərbaycan Partiyasını çıxmaq şərti ilə digər partiyalar Milli Məclisdə çoxluq təşkil edə bilməyiblər:



Yeni Azərbaycan Partiyası – 71 mandat,

Vətəndaş Həmrəyliyi Partiyası – 2 mandat (Fəzail İbrahimli, Rafael Hüseynov),

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – 1 mandat (Qüdrət Həsənquliyev),

Demokratik İslahatlar Partiyası – 1 mandat (Asim Mollazadə),

Böyük Qurtuluş Partiyası – 1 mandat (Fazil Mustafa),

Milli Dirçəliş Hərəkatı Partiyası – 1 mandat (Fərəc Quliyev),

“Ana Vətən” Partiyası – 1 mandat (Fəzail Ağamalı),

Vətəndaş Birliyi Partiyası – 1 mandat (Sabir Hacıyev)

Azərbaycan Sosial Rifah Partiyası – 1 mandat (Xanhüseyn Kazımlı),

Vəhdət Partiyası – 1 mandat (Tahir Kərimli),

Azərbaycan Demokratik Maarifçilik Partiyası – 1 mandat (Elşən Musayev),

Azərbaycan Sosial Demokrat Partiyası – 1 mandat (Araz Əlizadə),



Ədalət Partiyası və Ümid Partiyası isə parlamentdəki yerini itirib.



Radikal müxalifətdə təmsil olunan Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyasının siyasi fəaliyyəti daha çox mətbuat səhifələrində, sosial şəbəkələrdə hiss olunur.



Siyasi arenada bəzi partiyalarda var ki, onları dəstəkləyən məhdud bir çevrəsi var. Yəni, bir sədri, bir müavini, bir də portfeli olan partiyalar…

Azərbaycan Kommunist Partiyası

Azərbaycan Sosial Demokrat Partiyası

Azərbaycan Xalq Partiyası

Klassik Xalq Cəbhəsi Partiyası

Azərbaycan Liberal Demokrat Partiyası

Vətəndaş və İnkişaf Partiyası

Aydınlar Partiyası

Azərbaycan Demokrat Partiyası

Müasir Müsavat Partiyası

Azərbaycan Milli İstiqlal Partiyası

Azərbaycan Liberal Partiyası

Azadlıq Partiyası

Vətəndaş və İnkişaf Partiyası

Azad demokratlar partiyası



Siyasətdə aktiv iştirak etməyən, yeni qanun layihəsinə əsasən fəaliyyəti dayandırılacaq partiyalar isə bunlardır  



 Azərbaycan Dünyəvi (Bozqurd) Partiyası

 Dirçəliş və Tərəqqi Partiyası

Xalq Demokratik Partiyası

Milli Demokrat İdrak Partiyası

Kəndli Partiyası

Birlik Partiyası

Vahid Azərbaycan Milli Birlik Partiyası

Vahid Azərbaycan Partiyası

Demokratik Azərbaycan Dünyası Partiyası

Müstəqil Azərbaycan Partiyası

Milli Qurtuluş Partiyası

Yurddaş Partiyası

Qorqud Partiyası

Milli Hərəkat Partiyası

Milli Dövlətçilik Partiyası

Vətənpərvərlər Partiyası

Demokratik Sahibkarlar Partiyası

Azərbaycan Naminə Alyans Partiyası

Demokratik Maarifçilik Partiyası

Vahid Kommunist Partiyası

Sosial Ədalət Partiyası

Milli Konqres Partiyası

Vəhdət Partiyası

Respublikaçılar Partiyası

Mübarizlər Partiyası

Milli Vəhdət Partiyası

Azad Respublikaçılar Partiyası

Tərəqqi Partiyası

Böyük Azərbaycan Partiyası

Təkamül Partiyası

Vətəndaş Birliyi Partiyası

Aydınlar Partiyası

Yeni Nəsil Azərbaycan Kommunist Partiyası.


Teqlər:
Bu xəbər cəmi 1300 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR