Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Vahid Əhmədov hökumətə səsləndi: “Onsuz da insanlar pis durumdadır”

Vahid Əhmədov hökumətə səsləndi: “Onsuz da insanlar pis durumdadır”
Regionlarla yanaşı paytaxt Bakıda unun və çörəyin bahalaşması qeydə alınır. Artıq iki gündür Bakıda çörək sexləri qiymətləri artırıb. Əsasən təndir çörəyi və qara çörəklərin qiyməti 10 qəpik qalxıb. Paytaxtda çörək sexlərində 30 qəpiyə olan qara çörək 40 qəpiyə, təndir çörəyi adı ilə satılan 50 qəpiklik çörəklər isə 60 qəpiyə təklif olunur. Cebhe.info paytaxtın bir neçə rayonundakı marketlərdə çörəyin qiyməti ilə maraqlanıb. Məlum olub ki, bir neçə marketdə çörəyin qiyməti dəyişməsə də, çəkisi azaldılıb. Bəzilərində isə çəki eyni qalsa da, qiymət artımı baş verib. Nəticə etibarilə isə vazkeçilməz olan əsas tələbat malında bahalaşma müşahidə olunur. Milli Məclisin İqtisadi-Siyasət Komitəsinin sədri, millət vəkili Vahid Əhmədov Cebhe.info-ya deyib ki, mövcud vəziyyətdə manatın devalvasiyasından istifadə olunaraq bahalaşmaya yol verilib: “Azərbaycan buğdası çörək istehsalı üçün yararlıdır. Dövlət Ehtiyatı Fondunda kifayət qədər ərzaq buğdası var. Ola bilər ki, xaricdən də müəyyən sahibkarlar un alıb gətirirlər. Amma bu iki gündə xaricdən haradan gətirdilər unu? İki dəqiqəyə gedib gətirdilər, məgər? Bu, onların köhnə metodudur. Köhnə qiymətlərlə olan buğdanın qiyməti qalxmamalı idi. Hökumətin təxminən bir həftəlik, 10 günlük ehtiyatı olmalıdır. Bunlar manatın devalvasiyasından istifadə edib çörəyi bahalaşdırırlar. Faktiki olaraq bununla cinayət törədirlər. Bunlara mən sahibkar demirəm, möhtəkirlərdir. Azəbaycan vətəndaşlarıdır, başa düşməlidirlər ki, onsuz da insanlar pis durumdadırlar. Pensiyalar, maaşlar artmayıb, amma 50 faiz devalvasiyadır ”. Vahid Əhmədov hesab edir ki, vəziyyətin aradan qaldırılması məsuliyyəti birbaşa hökumətin üzərinə düşür: “Hökumət belə möhtəkirlərə qarşı addım atmalıdır. Bahalaşma 10 gündən sonra olsaydı, başa düşərdim. Qiymət artımı manatın devalvasiyası ilə bağlıdır. Amma niyə birdən-birə? Bu gün devalvasiya olur, səhəri qiymətlər qalxır. İstifadə edirlər ki, bir az çox pul götürsünlər. Həmin sahibkarları faktiki olaraq əhali, dövlət, dövlətin maraqları və müstəqilliyi maraqlandırmır. Bunlara qarşı hökumət, İqtisadiyyat və Sənaye Nazirliyi ciddi tədbirlər görməlidir”.


Regionlarla yanaşı paytaxt Bakıda unun və çörəyin bahalaşması qeydə alınır. Artıq iki gündür Bakıda çörək sexləri qiymətləri artırıb. Əsasən təndir çörəyi və qara çörəklərin qiyməti 10 qəpik qalxıb. Paytaxtda çörək sexlərində 30 qəpiyə olan qara çörək 40 qəpiyə, təndir çörəyi adı ilə satılan 50 qəpiklik çörəklər isə 60 qəpiyə təklif olunur.



Cebhe.info paytaxtın bir neçə rayonundakı marketlərdə çörəyin qiyməti ilə maraqlanıb. Məlum olub ki, bir neçə marketdə çörəyin qiyməti dəyişməsə də, çəkisi azaldılıb. Bəzilərində isə çəki eyni qalsa da, qiymət artımı baş verib. Nəticə etibarilə isə vazkeçilməz olan əsas tələbat malında bahalaşma müşahidə olunur.



Milli Məclisin İqtisadi-Siyasət Komitəsinin sədri, millət vəkili Vahid Əhmədov Cebhe.info-ya deyib ki, mövcud vəziyyətdə manatın devalvasiyasından istifadə olunaraq bahalaşmaya yol verilib: “Azərbaycan buğdası çörək istehsalı üçün yararlıdır. Dövlət Ehtiyatı Fondunda kifayət qədər ərzaq buğdası var. Ola bilər ki, xaricdən də müəyyən sahibkarlar un alıb gətirirlər. Amma bu iki gündə xaricdən haradan gətirdilər unu? İki dəqiqəyə gedib gətirdilər, məgər? Bu, onların köhnə metodudur. Köhnə qiymətlərlə olan buğdanın qiyməti qalxmamalı idi. Hökumətin təxminən bir həftəlik, 10 günlük ehtiyatı olmalıdır. Bunlar manatın devalvasiyasından istifadə edib çörəyi bahalaşdırırlar. Faktiki olaraq bununla cinayət törədirlər. Bunlara mən sahibkar demirəm, möhtəkirlərdir. Azəbaycan vətəndaşlarıdır, başa düşməlidirlər ki, onsuz da insanlar pis durumdadırlar. Pensiyalar, maaşlar artmayıb, amma 50 faiz devalvasiyadır ”.



Vahid Əhmədov hesab edir ki, vəziyyətin aradan qaldırılması məsuliyyəti birbaşa hökumətin üzərinə düşür: “Hökumət belə möhtəkirlərə qarşı addım atmalıdır. Bahalaşma 10 gündən sonra olsaydı, başa düşərdim. Qiymət artımı manatın devalvasiyası ilə bağlıdır. Amma niyə birdən-birə? Bu gün devalvasiya olur, səhəri qiymətlər qalxır. İstifadə edirlər ki, bir az çox pul götürsünlər. Həmin sahibkarları faktiki olaraq əhali, dövlət, dövlətin maraqları və müstəqilliyi maraqlandırmır. Bunlara qarşı hökumət, İqtisadiyyat və Sənaye Nazirliyi ciddi tədbirlər görməlidir”.


- See more at: http://cebhe.info/oxu/8871/#sthash.VmMlYzAh.TGpn7mcz.dpuf

Teqlər:
Bu xəbər cəmi 805 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR