Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Azadlıq” qəzeti ilə Tağı Əhmədov razılığa gəldilər

“Azadlıq” qəzeti ilə Tağı Əhmədov razılığa gəldilər
"Azadlıq” qəzeti ilə Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun hüquqi nümayəndəsi arasında 30 min manatlıq cərimənin hissə-hissə ödənilməsi haqda razılıq əldə olunub. Tağı Əhmədovun hüquqi nümayəndəsi Nigar Rəhimzadə aprelin 24-də “Media forum” saytına deyib ki, Bakı Metropoliteninin rəisi cərimənin ödənilməsində israrlıdır: “Azadlıq” qəzetinin rəhbərliyi bizə müraciət etmişdi, qəzetin vəziyyətinin ağır olduğunu bildirmişdilər və məsələnin təkzib və üzrxahlıq mətni verilməsi ilə həllini təklif etmişdilər. Məsələni Tağı müəllimlə müzakirə etdim, qəzetin vəziyyətinin ağır olması haqda deyilənləri nəzərinə çatdırdım. Tağı müəllim dedi ki, lap 5-10 ilə olsa da cərimə ödənməlidir. Bildirdi ki, nə qədər bacarırlar, hissə-hissə ödəsinlər. Bu cərimə Tağı Əhmədova və Bakı Metropoliteninə deyil, uşaq evinə köçürüləcək. Mənə bir uşaq evi tapmağı, bank hesabını öyrənməyi və cərimənin hissə-hissə həmin uşaq evinin bank hesabına köçürülməsini tapşırdı. Amma cərimədən tamamilə imtina olunması mümkün deyil. Tələblər qüvvədə qalır. Tağı Əhmədovun “Azadlıq” qəzetinə edə biləcəyi güzəşt cərimənin hissə-hissə ödənilməsidir”. Nigar Rəhimzadənin sözlərinə görə, cərimənin ödənilməsi qrafikində razılıq əldə olunandan sonra məhkəmə icraçılarından qəzetin bank hesabı üzərinə qoyulan həbsin qaldırılmasını istəyəcəklər: “Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifovla danışdım, ondan məhkəmə icraçılarının telefon nömrələrini almışam. Məhkəmə icraçıları ilə danışacam. Cərimənin məbləği 30 min manatdır. Sücəddin Şərifov bildirdi ki, hər ay 400 manat ödəyə bilərlər, qəzetin imkanı ancaq buna çatır. Bununla bağlı razılığa gəldik. Hər ay 400 manat ödənilsə, 30 min manatı ödəmək üçün təxminən 6 il lazımdır. İndi qrafik tutulmalıdır. Bunu da qəzet və məhkəmə icraçıları öz aralarında həll etməlidirlər”. “Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov “Media forum” saytına bildirib ki, bank hesabı üzərindən həbsin götürülməsi və cərimənin müəyyən qrafik üzrə hissə-hissə ödənilməsi üçün icra məmurlarına müraciət ediblər: “Onlar da dedilər ki, iddiaçı tərəfin razılığı olmalıdır. Tağı Əhmədovun hüquqi nümayəndəsi razılıq verib. Amma məsələ rəsmiləşməyib. Qəzetin bank hesabı üzərindəki həbs qalır”. Bakı Metropoliteninin rəisi Tağı Əhmədov “Azadlıq”ı bu qəzetin 8 aprel 2012-ci il sayında çıxmış “Tağı Əhmədov 5 qəpikləri mənimsədi” sərlövhəli yazıya görə məhkəməyə verib, qəzetin 200 min manat cərimələnməsini istəyib. Yasamal Rayon Məhkəməsi 2012-ci ilin iyun ayında metropoliten rəisinin yazıdan ciddi mənəvi zərər gördüyü əsası ilə qəzetin üzərinə 30 min manat təzminat ödəmək vəzifəsi qoyan qərar çıxarıb. Bu ay Yasamal Rayon Məhkəməsinin qərarı ilə “Azadlıq” qəzetinin bank hesabına həbs qoyulub.

Teqlər:
Bu xəbər cəmi 3475 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR