Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Hansı məhsul nə qədər bahalaşıb?

Hansı məhsul nə qədər bahalaşıb?


Yerli məhsullar xaricdən gətiriləndən tez və daha çox bahalanıb


Market sahibləri gerçək biznesi buraxıb qiymət dəyişdirməklə məşğuldurlar



 



İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev istehlak bazarında gah süni qiymət artımının qarşısının alınacağını deyib, gah idxalda bahalaşmanın labüd olduğunu vurğulayıb, gah da prosesə nəzarət edəcəklərini bildirib. Bu tərəfdən də süni qiymət artımı, məqsədli mal qıtlığı yaradılması və digər sui-istifadə cəhdlərinin qarşısının alınması üçün İSN yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qanun pozuntularına yol vermiş şəxslər barəsində ciddi tədbirlər görəcəklərini bəyan ediblər. 


 


"Bizim Yol" qəzetinin əməkdaşı da marketlərdə müşahidə aparıb. Əvvəla qeyd edim ki, idxal məhsulları yerlidən daha çoxdur. Hər halda qablaşdırmaya əsasən əksər məhsulların başqa ölkələrdə hazırlandığı qənaəti yaranır. Amma şübhələr var ki, xarici adla qablaşdırılan məhsulların çoxu Azərbaycanda hazırlanır. Di gəl yerli məhsulla xaricini bir-birindən seç. Odur ki, yüksək səviyyələrdə "süni bahalaşma" dedikdə nəyi nəzərdə tutduqları məlum deyil.


 


Əvvəlcə daim alış-veriş etdiyimiz marketdə müşahidə apardım. Bu dəfə heç birinin adını çəkməyəcəm, kimsəyə də "iş" verməyəcəm. 2 gün əvvəl əhali mağazaya sanki bir daha ərzaq üzü görməyəcək kimi zənbillərlə hücum eləmişdi. Bir gün sonra market bağlandı, məhsulların yeni satış qiymətləri ilə təzədən açıldı. Axır vaxtlar imkan tapdıqca evdəkilərin alış-veriş çeklərini də yığıram. Bir ay əvvəl fevral devalvasiyasından sonra bahalaşmanın hələ də davam etdiyini təsdiqləyən bir araşdırma aparmışdıq. Qiyməti 2.30 manata satılan "Garnier" saç boyası bahalaşmadan sonra 2.70 manata qədər qalxmışdı, hazırda 3.55 manat olub, üç gündə 31% bahalanıb. "Wellaton" saç boyaları 2.80 manata alınırdı, indi 3.85 manatdır. 40%-ə yaxın bahalanma var. "Life Colour" saç boyaları 4.90 manatdır. Əvvəllər qiyməti 4.30 manat idi. Satıcı stressliydi, deyinirdi, hələ arada səsini ucaltdı da. Sonradan məlum oldu ki, qiyməti 5 manata yaxın olan saç boyasından ikisini bir qadın elə indicə oğurlayıb. Dedi ki, oğurluq həmişə var, amma son vaxtlar mağazadan mal çırpışdıranların sayı xeyli artıb, artıq kamera da, mühafizə də qarşısını ala bilmir. Qiyməti 2 manatın altında olan antiperspirantlar birdən-birə 3.05 manata çevrilib. Gündəlik istifadə və kosmetik məhsullar bölməsində çalışan Şəfiqə xanım dedi ki, süni bahalaşma-filan yoxdur, hamısı gömrüklə "gəlmə" mallardır, təbii olaraq firmadan yeniləri daxil olduqca qiymətləri də hələlik 25-30 faizlik artımla yüksəlir. "Bizdə sadəcə yerli mal "Active" qabyuyanlardır, onun da xammalının Rusiyadan gətirildiyini deyirlər".  


 


Alıcı xanımdan bahalanma hiss edib-etmədiyini soruşdum. İxtisasca tibb bacısı olan İradə xanım belə cavab verdi: "Əlbəttə, ərzaq məhsullarının hamısının qiyməti qalxıb. Yağ, pendir, çay, makaron, yumurta, un bahalaşıb. Hamısı da burada hazırlanan məhsullardır. Şəkər tozu İmişlidəki şəkər zavodunda hazırlanır, onu da dollarla almırlar ki, 79 qəpikdən 1.10 manata qaldırıblar. Qənd də onun  kimi. "Super Sun" yağları 5.40-dan 7.40 manata qalxıb. 2 manat fərq var. Yarım litrlik günəbaxan yağını 93 qəpiyə alırdım, indi 1.34 olub. Aldığım Moskva yağının kilosu 5.20 manat idi, 7.20 olub. Kolbasalar da əvvəlki qiymətə deyil, xeyli fərqi var. Unun kisəsində 10 manat artım gördüm, mən kilosunu 45 qəpiyə alırdım, indi 71 qəpiyə qalxıb. Çörəyin çəkisini 50-60 qram azaldıblar. Şokolad yağının balacaları 2.20-dən 3.30 manata qalxıb. Pamperslər çox qalxıb, dənəsi 25 qəpik olan pampers indi 55 qəpikdir. Paçkalar 18-21 manatdır. Nə olsun ki, qablaşdırma Türkiyənindir, məhsulların əksəriyyəti yerlidir, Xırdalanda hazırlanır. "Protex", "Safeguard" sabunları heç vaxt indiki kimi 80 qəpiyə olmayıb, son bahalaşmadan sonra 50 qəpik civarında idi. Digər sabunların da qiyməti 20-30 qəpik artıb. Təkcə toyuğun qiyməti qalxmayıb. Aldığım dərmanlar da bahalanıb. Deyirlər yanvarda dollar 2.5 manat olacaq, qiymətlər daha da qalxacaq". Öyrəndim ki, yoldaşı təzəlikcə iş yerindən ixtisara düşüb, ailədə heç kim işləmədiyindən sosial yardım da "düşmür". Sellofan torbada yarım litr yağ, bir kq. şəkər, bir də un vardı. Utandığından səbət də götürməmişdi. 


Alıcı xanımlardan biri qiyməti 35 qəpik olan 72%-lik paltar sabununu göstərib sanki özünə yaraşdırmırmış, amma eyni zamanda dəstək alırmış kimi "indi neynəyək, keçək ucuzlara", deyə soruşdu. Ətrafdan bəziləri götürməsi üçün ürək-dirək verdilər, bir xanım onların da yerli sexlərdə hazırlandığı səbəbindən ziyanlı ola biləcəyini söyləyib məsləhət görmədi. Noyabr ayında qiyməti maksimum 10-12 manata qədər bahalaşan şokoladlar üç gün içərisində 18-22 manat olub. Konfet və şokoladların qiyməti daha çox 10 manatdan yuxarıdır. Aşağı olanlar da var, amma keçən müşahidəmdə bu marketdə 12 manatdan bahasını görməmişdim. Digər marketlərdə təmiz İtaliya şokoladları 20 manat civarında idi, indi 30-35 manat olub. 100 qramlıq şokolad plitkalarını bir müddət əvvəl 80 qəpik, 1 manata almaq mümkün idi, hazırda 1.30-2 manat və ondan yuxarıdır. Çörəyi qaldırıb baxdım, "quş" kimiydi. 370 qramlıq konservləşdirilmiş ət (tuşyonka ) mal əti 95 qəpikdən 1.26 manata, 350 qramlıq şokolad yağı 2.70-dən 3.78 manata, birdəfəlik "Beta Tea" çayları 90 qəpikdən 1.54 manata, "Çempion" çayı yenə 90 qəpikdən 1.49 manata, "Doymak" vermişeli 60 qəpikdən 75 qəpiyə, "İvanovka" qaymağı 1.40-dan 1.50 manata qalxıb. "Ankara" makaronları 1 manatın altında ikən, üstünə çıxıb. Çəki lobyası 2.45-dən artaraq 3.25 manat, noxud 2.23-dən 2.63 manat olub. Bölmədəki satıcı məlumat verdi ki, qoz 13-16-dan 18-22 manat, xurma 17-dən 22 manata qalxıb. İrandan gələn də var, yerli olanlar da, çərəzin əksəriyyəti Naxçıvandandır. Dedi ki, hələ bu gördüyünüz nədir, növbəti dəfə bundan baha gələcək. Şokoladın çox bahalanması onu da şoka salmışdı, deyir kilosu səhər 12 manat idi, günortadan sonra 22 manat oldu. Bütün ərzaq məhsulları və gündəlik tələbat mallarında artımın olduğunu satıcıdan eşitmək elə gözlə görmək qədər gerçəkdir. Yağın qiymətinin də çox bahalandığını dedi. Pendir də onun kimi. "Əslində yerli mal gərək bahalanmaya, amma bizdə tərsinədir, birinci yerli məhsul bahalanır".  


 


200 qramlıq "möcüzə" yağı 65 qəpikdən 78 qəpiyə, qutularda olan süzmə "Labne" pendirinin 400 qramı əvvəlcə 2.85 manata idi, bir ay əvvəl 3.25 manat olduğunu yazmışdıq, hazırda 3.98 manatdır. 350 qr-lıq "Romaşka" smetanı 1.90 manatdan 2.50 manata qalxıb. Qutulardakı südlər də orta hesabla 20-30 qəpik bahalanıb. Ən təəccüblüsü Hacıqabul yumurtasının 13 qəpikdən 24 qəpiyə qalxmasıdır. Yerli toyuğun yumurtasını dollarla əlaqələndirə bilmədim. "Tilsiter" pendirinin kilosu yenə bir ay əvvəl 7.50 manat idi, 1 manat bahalaşıb. Pendirin qiyməti 5-12 manat arasında dəyişir. Yağlar da əsasən 8-12 manat arasındadır. Evdar xanımlardan soruşdum, dedilər bütün yağlarda 2 manatdan çox artım var. Kolbasalar da indi 8-25 manat arasındadır. Şirələrin qiyməti qalxıb, hətta su belə 5 qəpik də olsa devalvasiyaya boyun əyib. Baxmayaraq ki, təzə partiya hələ gəlməmişdi, market sahibi bəri özünün ailə büdcəsinin manatda "itkisi"ni alıcının cibindən "çıxartmağa" qərar verib. 48-70 qəpiklik "jilet"lər indi 68 qəpik 1.19 manat olub. Tualet kağızı belə bahalanıb. Xırda-xırda saymıram, bütün məhsullarda 10-20 qəpik də olsa artım var. 


 


Amma bu son deyil, həmişəki kimi marketlər qiymətləri günbəgün artırmağa davam edəcəklər. İndiki qiymət artımına "təbii" don geydirərək göz önündə dəyişirlər, sonrakını isə hiylə işlədərək gecə-gündüz qaldıracaqlar. 


 


İkinci marketi də gəzdim, vəziyyət eynidir, qiymətlərin çoxunu dəyişməyə macal tapıblar. Satıcılar rəflərin üzərində idilər, qiymətləri alıcıların gözünün qabağında arxayın-arxayın dəyişirdilər. Sabunlar, yuyucu maye və tozları xanımlar almaqdan çox qiymət dəyişikliyini müzakirə edirdilər. Firma nümayəndəsi dedi ki, "Persil" və "Losk"dan başqa qalan bütün yuyucu vasitələr bahalaşıb. Xanımlar şikayətləndilər ki, yuyucu toz və məhlullarda 1 manatdan çox bahalanma var, halbuki əsasən Sumqayıtda istehsal olunur. 1.70 manatlıq tualet kağızı 2.51 manat olub. Digər marketdə əvvəlki bahalaşmadan sonra 3.55 manata qalan bezlər burada 4.36 manat, 6.63-ə satılan 7.37 manata qalxıb. "Collage" saç boyaları əvvəlki marketdə 4.80 manat, burada 5.94 manat olub. Salfetlər 20-40 qəpik arası bahalaşıb. "Bioblas" şampunları 5.94 manatdır, halbuki dünənə kimi 4.50 manata qədər idi. Kilosu 7.90 manata olan "Sladko" şokoladı indi 9.86 manatdır. Şokolad yağı 2.70 manatdan 3.47 manata qalxıb. Makaron, vermişel, duru yağlar bu marketdə əvvəlkindən də baha qiymət qoyulub. Südlərin qiyməti 3 manata qədərdir, əvvəlki qiymətlə müqayisədə 40-50 qəpiklik fərq var. Kənd yumurtasının biri 28 qəpik olub. "Labne" pendiri burada 4.11, "Romaşka" smetanı 2.70 manatdır. Hələlik yerli qaymağın qiyməti 1.36 manat qalır. Burada da kolbasa və sosiskanı 1-2 manat qaldırmağa macal tapıblar. Axırıncı bahalaşmadan sonra "Doyaruşka" yağının 200 qramlığı 2.10 manat olub, indi 2.40 manatdır. Menecer bütün məhsullarda bahalaşma olduğunu dedi: "Türkiyənin yağları 12 manat idi, indi 14.45 manat, 15 manatlıq yağ isə 20 manat olub. 5 manat bahalanıb. Ən çox yağ-pendir qalxıb. Pendirdə də minimum 1 manatlıq bahalanma var, yerli ya xarici, fərq eləmir. Bu rəfdə gördükləriniz "Azersun"un məhsullarıdır, hamısı da bahalanıb. Bizə çörək gətirən oğlan dedi ki, sabahdan çörəyin qiyməti də 50 qəpik olacaq. Vəziyyət qeyri-müəyyəndir, səhər mayonezlərin qiymətini qaldırmışdıq, sonra firmadan xəbər gəldi ki, aşağı salın". 


 


 



Marketlərdə çərəz, meyvə-tərəvəz həmişə baha olub, indi bir az da üstünə qoyublar. Güman edirəm ki, bu yazdığım məhsulların qiyməti yazı çapa gedənə qədər bir az da bahalaşıb, qiymət dəyişməyə macal tapmayan marketlər digər malları da bahalandırıb. Gerçək mənzərə gələn həftə məlum olacaq. Üçüncü marketdə məhsulların çoxunun üzərindən qiymət götürülmüşdü, yenilənirdi. Alıcıların üzündən narazılıq yağırdı, çoxu deyinirdi, heç bir-birini tanımayan insanlar qiymətləri müqayisə və müzakirə edirdilər. Mağazalarda gözümə heç bir dövlət qurumundan əməkdaş sataşmadı. Onlar bəyanatlar verib əhalinin başının altına yastıq qoymaqla məşğuldurlar. Keçən dəfə də optimist çıxışlar edirdilər. Nəticədə dolların artımı artıqlamasıyla bütün mallara "oturdu". Indi də belə olacaq. Adıçəkilən qurumlar ən azından mətbuat nümayəndələri qədər təsərrüfat subyektlərini gəzsəydilər, indi market sahibləri və təchizatçı firmaların rəhbərləri "içəridə" olardılar...

Teqlər:
Bu xəbər cəmi 1505 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR