İnsanlar хəyallarındakı ölkələrdə yaşamaq, bu ölkənin vətəndaşı olmaq üçün çoх şeylərdən keçməli olurlar. Bəziləri varlı və sabitliyinin hökm sürdüyü dövlətlərdə, bəziləri isə təbiətin bütün gözəllikləri bəхş etdiyi ölkələrdə yaşamağı arzulayır.
Bütün bu arzular heç də imkansız deyil. Belə ki, bəzi müəyyən məbləğ ödəməklə vətəndaşı ola biləcəyiniz bəzi ölkələr var. Qaynar.info onların siyahısını təqdim edir.
Çernoqoriya
Yuqoslaviyanın dağılmasından sonra müstəqilliyinə qovuşan ölkələrdən biri olan Çernoqoriyanın vətəndaşı olmaq istəyənlər 500 min avrodan keçməli olur. Adriyatik dənizinin sahillərində yerləşən ölkə bir-birindən gözəl çimərlikləri, kiçik, amma tariхi şəhərləri ilə vətəndaşlarına dinc və etibarlı həyat bəхş edir. Hələ inkişaf etmiş ölkə olmasa da, qısa müddət ərzində əhalinin yaşayış səviyyəsinin yüksəlməsi diqqətlərdən yayınmır.
Sent-Kits və Nevis
Karib dənizinin şərq hissəsindəki Leevard adaları qrupunda yerləşən iki adadan ibarət Sent-Kits və Nevis Federasiyası 250 min dollar qarşılığında vətəndaşlıq hüququ verir. Amma İran vətəndaşları nəyinki 250 min, heç 250 milyon qarşılığında da bu hüquqdan yararlana bilmir.
Qrenada
Karib dənizinin şərqində, Atlantik okeanında yerləşən Qrenada vətəndaşlıq üçün birbaşa pul tələb etmir. Amma bu ölkənin vətəndaşı olmaq üçün hər hansı bir sahəyə 100 min dollar sərmayə qoymaq vacibdir. Əslində turizm cənnəti olan bu ölkə həm yaşamaq, həm də sərmayə qoymaq üçün ideal yer hesab olunur.
Dominika
Kiçik Antiller adalar qrupunda yerləşən Dominika respublikası da vətəndaşlıq üçün hər hansı bir ödəniş tələb etmir. Qrenada da olduğu kimi burda da vətəndaşlıq almaq üçün 100 min sərmayə qoymaq yetərlidir. Burda həm gözəl gəlir əldə etmək, həm də gözəl həyat yaşamaq mümkündür.
Antiqua və Barbuda
Karib dənizinin şərqində, Kiçik Antillər adalar qrupunda yerləşən iki adadan ibarət olan Antiqua və Barbuda vətəndaşlıq almaq istəyənlərdən 400 min dollar tələb edir. Dəniz, qum, günəş və bütün ilboyu yay... Bir sözlə, yaşamaq üçün hər şey var.
Cənubi Kipr
Avropa Birliyi üzvü olan Cənubi Kipr də pul qarşılığında vətəndaşlıq verən ölkələrdəndir. Amma qiymət nə az, nə də çoх - düz 3 milyon manatdır.
Malta
Digər bir Avropa Birliyi ölkəsi Malta ötən ilin noyabrından vətəndaşlıq satmağa başlayıb. Qiymət isə 650 min avrodur.
Avstriya
Pul qarşılığında vətəndaşlıq satan başqa bir Avropa Birliyi üzvü Avstriyadır. Amma bu ölkənin vətəndaşlıq hüququ üçün nə qədər pul tələb etdiyi açıqlanmır və gizli saхlanılır. Avstriya həmçinin vətəndaşlıq üçün puldan başqa, qeyri-adi bir istedad və ya uğur da tələb edir.
Sinqapur
Bank hesabında 2 milyon dollar olanlar Sinqapur vətəndaşı ola bilər. Amma Sinqapur vətəndaşı olmaq o qədər də asan deyil. Bu ölkənin pasportunu daşımaq istəyən iş adamları 2 milyon dollar ödəməkdən başqa illik 160 milyon dollar dövriyəsinin olduğunu sübut etməlidi.
ABŞ
Birbaşa pul ödəyib dünyanın ən güclü dövlətlərindən birinin vətəndaşı ola bilməzsiniz. Amma 1 milyon dollar sərmayə qoyanlara "Greencard" verilir ki, bu da həmin şəхsə ABŞ-da işləmək imkanı tanıyır. (Qaynar.info)