Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

DYP rayon maşınlarına sürpriz hazırlayır?

DYP rayon maşınlarına sürpriz hazırlayır?


Rayon maşınlarına qoyulan “paytaxt qadağası”nın bayram günlərində aradan qaldırılacağı gözlənilir.



 



Sürücülərin sözlərinə görə, bayram günlərində rayon maşınlarının günün istənilən saatında Bakıya daxil olmasına icazə veriləcək. Bu barədə onlara DYP əməkdaşları məlumat veriblər:



“Yol polisi bizə dedi ki, bayramda Bakıya rahat gələ bilərsiniz, bir neçə gün rayon maşınlarına qoyulan qadağa aradan qaldırılacaq. Buna çox sevinirik. Bayramda yaxınlarımızın yanına öz maşınımızla gəlib, bayramlaşmaq istəyirik. Maşınsız taksilə, avtobusla getmək çətindir. Öz maşınımız ola-ola niyə axı taksi ilə getməliyik?”



Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə sürücülərə bayram sürprizi hazırlamadıqlarını deyib.



AzVision.az-a açıqlama verən DYP rəsmisi qeyd edib ki, adi günlərdə olduğu kimi, bayram günlərində də rayondan gələn maşınlar Bakıya buraxılmayacaq.



“Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı qüvvədə qalır. Komissiyanın qərarına əsasən rayon qeydiyyatında olan avtomobillər müəyyən edilmiş vaxt çərçivəsində paytaxta daxil ola bilərlər”.



Rayon maşınlarının cərimələnməsinə gəlincə, qurum rəsmisi həmin maşınların cərimə olunması haqqında yayılan məlumatların əsassız olduğunu deyib. K.Əliyev qeyd edib ki, buna görə hər-hansı məsuliyyət nəzərdə tutulmayıb.



“Avtomobilin hərəkəti məhdudlaşdırıla bilər, amma cərimə oluna bilməz. Çünki qanunvericilikdə elə bir cərimə sanksiya mövcud deyil”.



Qeyd edək ki, sentyabrın 15-dən etibarən Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 23 iyul 2015-ci il tarixli “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” qərarına əsasən rayon qeydiyyatında olan minik və yük avtomobillərinin Bakıya girişi qadağan olunub. Yay rejimi qrafiki çərçivəsində mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:00-dan axşam saat 22:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmır, yük və rayon qeydiyyatında olan minik avtomobilləri axşam saat 22:00-dan səhər saat 7:00-a qədər şəhərə daxil ola bilər.



Qış rejimi qrafikinə əsasən, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:00-dan axşam saat 21:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmayacaq, axşam saat 21:00-dan səhər saat 7:00-a qədər yük və rayon qeydiyyatında olan minik avtomobilləri şəhərə daxil olacaq.


Teqlər:
Bu xəbər cəmi 1085 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR