Baş bankirimiz Elman Rüstəmov birinci devalvasiyadan sonra bildirmişdi ki,biz tam üzən məzənnə siyasətinə keçə bilmərik,bu iqtisadiyyatda tam əsəbilik yarada bilər. Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin üzvü Vahid Əhmədov da birinci davalvasiya baş verən zaman ilk açıqlamasında Mərkəzi Bankın sədri Elman Rüstəmovun istefa verməsi çağırışı ilə çıxış etmişdi və bildirmişdi ki,mən üzən məzənnə siyasətinin tərfdarıyam.Çünki cəmiyyət bunu az-çox qəbul edir.İki-üç qəpik olanda insanlar təlaşlanır.Amma sən saydıöğını say,gör fələk nə sayır. Dolların birdən-birə 1manat 05 qəpikdən 1 manat 55 qəpiyə qalxması ölkə iqtisadiyyatını iflic vəziyyətinə saldı.Beləliklə üzən məzənnə yox yeni məzənnə növü ortaya çıxdı ."Tullanan" məzənnə .Yəqin ki,gələcəkdə bütün dünya ölkələri öz itisadiyyatlarını gücləndirmək istəsələr baş bankirimizin "Tullanan" məzənnə siyasətindən "faydalanacaqlar".
Çingiz Əli