Mədəniyyət və Turizm Nazirliyində yeni kadr dəyişikliyi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin və Bakı şəhər İcra Hakimiyyətinin birgə qərarına əsasən, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə 25 dekabr tarixindən etibarən Vüqar Zeynalov təyin olunub.
Qeyd edək ki, Vüqar Zeynalov 2012-ci ildən Vüsal Zeynalov Nizami Kino Mərkəzinin direktoru vəzifəsində işləyirdi
Xatırladaq ki, Mədəniyyət və Turizm İdarəsinin sabiq rəisi Əlikram Əliyev öz ərizəsinə əsasən işdən azad edilmişdi.