Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Dərmanların qiyməti artacaq" - Əli Əhmədov


"Manatın dollara nisbətdə məzənnəsinin enməsilə əlaqədar olaraq ölkədə bəzi dərman preparatlarının qiymətlərində dəyişikliklər ola bilər". 


 


Bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının İcra katibi - sədr müavini, Baş nazirin müavini Əli Əhmədov deyib.


 


Baş nazirin müavininin sözlərinə görə, qiymətlərin məzənnəyə uyğunlaşdırılması qaçılmazdır. O, devalvasiya ilə bağlı olaraq qiymətlərə yenidən baxılacağını deyib: "Belə bir addımı atmaqla Azərbaycan hökumətinin məqsədi odur ki, Azərbaycan vətəndaşları dərmanların qiymətində müşahidə olunan süni qiymət artımından əziyyət çəkməsinlər. Amma indi atılan addım ondan ibarət olacaq ki, Azərbaycana dərman idxal edən iş adamları ziyana düşməsinlər". 


 


Ə.Əhmədov deyib ki, optimal bir variant işlənib hazırlanacaq, dərmanların qiymətinin süni şişirdilməsinə imkan verilməyəcək.


 


O, həmçinin yaranmış vəziyyətlə bağlı qiymətləri süni artıran şəxslər barədə tədbirlər görüləcəyini deyib. "Yaranmış vəziyyətdən faydalanmaq istəyənlər ortaya çıxır. Bu, düzgün hərəkət deyil. Fürsətdən istifadə edib, süni şəkildə, heç bir obyektiv əsas olmadan satdığı məhsulların qiymətlərini qaldırmağa çalışanlara qarşı Azərbaycan hökuməti, müvafiq qurumlar tərəfindən tədbirlər görüləcək”.


 


Ə.Əhmədov deyib ki, Azərbaycan vətəndaşları əlavə əziyyət çəkməməsi, sıxıntı keçirməməsi üçün çalışmaq lazımdır. 


 


O, obyektiv olaraq qiymətlərdə artımın o qədər də böyük olmayacağını deyib: "Ola bilsin ki, bu məhsulların bəzi komponentləri xaricdən gətirilir və onların gətirilməsi üçün xarici valyutadan istifadə olunur. Qiymət artımı da yalnız o dərəcədə ola bilər. Süni qiymət artımından faydalanmaq istəyənlərin arzularının reallaşmasına imkan verilməməlidir”.

Teqlər:
Bu xəbər cəmi 800 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR