Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Biologiya müəllimindən İlham Əliyevlə bağlı maraqlı açıqlamalar...

Biologiya müəllimindən İlham Əliyevlə bağlı maraqlı açıqlamalar...
"Buraxılış gecəsində İlham o qədər rəqs etdi ki, məcbur olub üç dəfə köynəyini dəyişdi" "Mənim şagirdim bu gün müstəqil Azərbaycanın prezidentidir"

“Ən böyük arzum İlhamı görmək, qucaqlayıb öpmək, ona “özündən və Azərbaycandan muğayat ol” deməkdi”...


     


Emma Kazımova Bakıdakı 6 saylı “İntellekt” məktəb - liseydə müəllim işləyib. O, prezident İlham Əliyevin biologiya müəllimi olub. Düz on bir il əvvəl Emma Kazımova ilə görüşüb ondan şagirdi haqqında danışmasını xahiş edərək  işlədiyim “Arena” qəzetinə dəvət etmişdim. Redaksiyamıza gələn Emma müəllimə prezident İlham Əliyevin məktəb illəri ilə bağlı maraqlı söhbət etmişdi. Həmin söhbətdən doğan “Ən böyük arzum İlhamı görmək, qucaqlayıb öpmək, ona “özündən və Azərbaycandan muğayat ol” deməkdi”... sərlövhəli yazım o vaxt  “Arena” jurnalında çap olunmuşdu. Prezident İlham Əliyevin doğum günündə  həmin yazının oxucular üçün maraqlı olacağını düşünərək onu  “Moderator. Az”  saytına təqdim edirəm. Bəri başdan deyim ki,  yazını sayt üçün hazırlayarkən məktəblə əlaqə saxladım. Öyrəndim ki, Emma müəllimə artıq məktəbdə işləmir, təqaüdə çıxıb...


    


Beləliklə, Emma Kazımovanın söylədikləri:


                                                         


-  Dərs dediyim hər bir şagirdimi sevmişəm. Onlar da mənə hörmətlə yanaşıblar. İlham Əliyev isə bir şagird kimi bütün dəcəlliyi,  təmkini və ləyaqəti ilə yaddaşıma hopub. O, sevimli şagirdlərimdən biri idi. Mən ona biologiya fənnindən dərs demişəm. İlham heç vaxt dərs buraxmır, gecikmirdi. Yadıma gəlmir ki, bir dəfə də olsun üzrsüz səbəbdən dərsdən kənar qalsın. Xoşbəxtlikdən xəstələnmirdi. Ucaboylu, sağlam oğlan idi. Yadımdadır, uşaqlar mikroskopa baxanda başlarını aşağı əyirdilər, o isə onların başının üstündən baxırdı. Yaşca sinif yolsdaşlarından kiçik olsa da, bu, onun intellektində,  hazırcavablıq qabiliyyətində, savad və bacarığında hiss olunmurdu. Yaşının balaca olduğunu isə rəhmətlik Zərifə xanım söyləmişdi. Bir dəfə dəhlizdə gördüm ki, Zərifə xanım əyilib İlhamın ayaqqabısının bağını bərkidir. Onda İlham birinci, ya da ikinci sinifdə oxuyurdu. Mən ərklə Zərifə xanıma irad tutdun:


-İlhamın ayaqqabısının bağını siz niyə bağlayırsınız? Böyük oğlandır, buraxın özü bağlasın.


Olduqca mehriban, olduqca sadə, səmimi, mələk üzlü, böyük ziyalı  Zərifə xanım gülümsündü:


-Emma Əlihəsənovna, İlhamın boyunun belə böyük görünməyinə baxmayın, onun hələ yaşı çatmır, sinif yoldaşlarının hamısından kiçikdir.


Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi olmasına baxmayaraq həyat yoldaşı Zərifə Əliyeva uşaqları  aşağı sinifdə oxuyanda şəxsən özü aparıb - gətirirdi. O heç vaxt digər valideynlərdən fərqlənməyə çalışmırdı. Hamı kimi o da uşaqlarının tərbiyəsi ilə şəxsən məşğul olur, dərsləri ilə ciddi maraqlanırdı. İndi mən görürəm ki, bir az imkanı olan valideynlər var ki, uşaqlarının dalınca məktəbə gəlməyi özlərinə sığışdırmır, bütün yükü  məktəbin boynuna qoymağa çalışırlar. Uşağını evə aparmağa ya qulluqçusunu, ya sürücüsünü, ya da ki, dugər tanışını, qohumunu göndərir. Zərifə xanım isə daim məktəblə əlaqə saxlayır, müəllimlərlə çox səmimi  və ədalətli davranırdı. Oğlu İlhamın hər addımını izləyir, diqqətdən kənarda qoymurdu.  Bəzən  Zərifə xanıma deyirdim:


-İlham filan dərsi pis öyrənib, yaxud da filan tapşırığı yerinə yetirməyib.


Bu sözdən Zərifə xanım çox narahat olurdu, ciddi-ciddi deyirdi ki, siz narahat olmayın, tapşıracam sabah hazırlaşıb cavab verəcək. Elə də olurdu. Növbəti dərsdə İlham ev tapşırığı ilə birlikdə  əvvəlki səhvini də düzəldirdi. Bir dəfə o, dərsini yaxşı öyrənməmişdi. Mən bundan çox narazı qaldım. Həmin günlərdə Heydər Əliyev Bakıda yox  idi, Moskvada ittifaq əhəmiyyətli tədbirdə iştirak edirdi. O gün axşam Moskvadan evə zəng vurub. Zərifə xanım ona bildirib ki, İlham dərsinə zəif hazırlaşıb. Atası ona qəti tapşırıb ki, dərslikdən əlavə “Uşaq ensiklopediyası”nı tapıb oxusun, tapşırığı  ətraflı öyrənsin. İlham elə də etmişdi. Növbəti dərsdə verdiyi cavab olduqca hərtərəfli,  mükəmməl idi. Ümumiyyətlə Əliyevlər ailəsi təkcə övladlarına qarşı deyil, həm də məktəblə, müəllimlərlə davranaışlarında çox həssas və diqqətli idilər.


1977-ci il idi. Buraxılış gecəsinə hazırlaşırdıq. İlham dedi ki, atası da tədbirə gələcək. Doğrusu dediklərinə o qədər də inanmadıq, ya da əhəmiyyət vermədik. Fikirləşdik ki, bəlkə də elə-belə zarafat edir. Çünki  ölkə başçısının əlavə  vaxtı varmı  ki, məktəbə gələydi?  Amma Əliyevlər gəldilər. Zərifə xanım üç qutu şokolad gətirmişdi. O zamanın ən qiymətli konfeti idi. Yalnız Mərkəzi Komitənin işçiləri üçün istehsal olunurdu. Zərifə xanım qutunu açdı, uşaqlar konfeti bir göz qırpımında yedilər. 


İndi o anları xatırlayarkən məktəblilərin şən qəhqəhələri, rəqsləri  gözümün qabağına gəlir. Çox gözəl və şirin anlar idi. Uşaqların sevinci, müəllimlərin və valideynlərin fərəhi musiqi səsinə qarışıb xüsusi ahəng yaratmışdı. Ölkə başçısının tədbirdə iştirak etməsi hər kəsdə böyük coşqu yaratmışdı. 


Həmin gün Heydər Əliyev və Zərifə xanım düz iki saat bizimlə,  deyib-güldülər, şagirdlərlə şənləndilər, övladlarının xoşbəxt anlarına şahid oldular. O zaman biz - Xb sinfində dərs deyən müəllimlər Heydər Əliyevlə birlikdə xatirə şəkli çəkdirdik. İndi həmin müəllimlərdən məktəbdə qalan təkcə mənəm. Bəziləri dünyasını dəyişib, qalanları isə müxtəlif xarici ölkələrə gediblər.


Düz 24 il sonra 2001 - ci ilin sentyabrında Heydər Əliyev  müstəqil Azərbaycanın prezidenti kimi təkrar məktəbimizə gələndə mən o şəkli göstərdim. O həmin günü unutmadığını, yaddaşında xoş  hisslərlə qaldığını söylədi. Buraxılış gecəsini isə xırda detallarınadək yadında saxlamışdı...


İlham isə... Mən onun dəcəlliyini buraxılış gecəsində bir daha yenidən gördüm. Həmin gün o, tamam dəyişmişdi. Başqa vaxt təmkini ilə seçilən İlham bütün çərşivələrdən çıxmışdı. O qədər rəqs etdi ki,  məcbur olub üç dəfə köynəyini dəyişdi.


Bilirsiniz ki, orta məktəbdə sovetlər dövründə əxlaqdan da qiymət verilirdi: yaxşı, əla, nümunəvi. İlham  bu dərsdən həmişə nümunəvi qiymət alıırdı. Bu, onun ailə tərbiyəsindən, valideynlərindən aldığı öyüd-nəsihətdən irəli gəlirdi. O, ata-anasının nüfuzuna söykənərək  nə başqalarına himayədarlıq, nə də ərköyünlük edirdi.


Müxtəlif dövrlərdə Azərbaycanın  rəhbərləri  olmuş Ayaz Mütəllibovun, İmam Mustafayevin, digər bir çox yüksək vəzifəli şəxslərin də uşaqları bizim məktəbdə oxuyublar. İnsafla deyim ki, onlar da pis oxumayıblar. Heydər Əliyevin övladları isə doğrudan da fərqləniblər. 


Mənim şagirdim bu gün müstəqil Azərbaycanın prezidentidir. Mən onunla fəxr edir, qürur duyuram. Baş nazir təyin olunanda da, prezident seçiləndə də məktəbimizin kollektivi zəng vurub İlham Əliyevi təbrik edib. Həyat yoldaşı Mehriban xanım 23 saylı məktəbdə oxuyub, qızıl medalla bitirib. Mehriban xanım mənim çox xoşuma gəlir. Özünü cəmiyyətdə çox ləyaqətli və təmkinli aparır. İlhamla Mehribanın  toyları haqqında da məlumatım var. Əla cütlükdür.


Prezident seçkisi  günü İlham Əliyev bizim məktəbdə - on il təhsil aldığı təhsil ocağında səs verdi. Bu vaxta qədər Ulu Öndərimiz Heydər Əliyev  seçkilərdə səsvermək üçün Tofiq İsmayılov adına Uşaq Gənclər Sarayına gedirdi. İlham Əliyev isə o ənənəndən çıxdı. Bu, bizim üçün böyük şərəf idi. Mən ona yaxınlaşa bilmədim. Rəsmi şəxslər, jurnalistlər onu əhatəyə almışdılar.  Lakin inanıram ki, bir gün onunla görüşəcəm. Soruşsanız ki, görüşsəm nə edərəm, nə deyərəm? Onu bağrıma basıb bərk-bərk öpərəm. Ancaq bilmirəm boyum çatarmı? Mən hələ heç kimdən heç nə xahiş etməmişəm. Ancaq ola bilər ki, keçmiş şagirdimlə görüşəndə hansısa istəyimi dilə gətirim. Amma yox,  çətin...bacarmaram.... Sonuncu görüşümüzdən 24 il keçib. İnanmıram ki, məni tanımasın. Yəqin ki, müəlliməsini yaddaşından silməyib. 


Mən televiziya ilə bütün fəaliyyətini izləyirəm. Bilirəm o, Azərbaycan üçün hər şey edəcək. Bioloq olduğum üçün genlərin ötürülməsi barədə geniş məlumatlıyam. Aldığı tərbiyə, atasından öyrəndikləri ona imkan verir ki, potensialını xalqın rifahının yaxşılaşdırılmasına sərf etsin, Azərbaycanı daha güclü və qüdrətli dövlətə çevirsin. Bu, məhz belə də olacaq.  Mən şagirdimə inanıram. 


İnanın ki, ürəyimdən keçənləri tam ifadə edə bilmirəm. Ən böyük arzum İlhamı görmək, qucaqlayıb öpmək, ona “özündən və Azərbaycandan muğayat ol” deməkdi. Düzdür, bu məsləhəti ona Heydər Əliyev kimi dahi şəxsiyyət də verib. Amma baxmayın da müəllim müəllimdir...

Teqlər:
Bu xəbər cəmi 1200 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR