Binəqədi rayonunda özünü polis əməkdaşı kimi təqdim edən şəxslər sahibkara hədə-qorxu gələrək pulunu alıbar.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Kamil Mustafayev polisə müraciət edərək məlumat verib.
O bildirib ki, saat 21 radələrində özlərini polis işçiləri kimi təqdim edən 4 nəfər naməlum şəxs ona məxsus M.Cəlal küçəsində yerləşən mağazaya gələrək aksiz markası olmayan mallar satdığını bildiriblər. Bundan sonra onu zorla nömrəsini bilmədiyi qara rəngli “Toyota Prado” markalı avtomobilə əyləşdiriblər.
Ona hədə qorxu gələrək 2600 manat alıb gediblər. Araşdırma aparılır.