Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Yumurtadan nə xəbər var?

Yumurtadan nə xəbər var?


Dekabrın 21-də manatın 50 faiz ucuzlaşmasından sonra, bir çox ərzaq malları kimi, yumurtanın da qiyməti bahalaşıb. İndi müxtəlif marketlərdə yumurtanın bir ədədi 17-19 qəpiyə satılır.



Bu qiymət qablaşdırılmış formada satılan broyler yumurtalarına aiddir. Kənd yumurtasının bir ədədi isə 25 qəpiyə satılır. Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmli Azadlıq Radiosuna bildirib ki, bahalıq idxalla bağlıdır: «Yumurta Azərbaycanda istehsal olunsa da, istehsalda istifadə edilən bütün vasitələr xaricdən gətirilir. Texnoloji avadanlıqlar, dərman preparatları, yumurta istehsalında istifadə olunan yem komponentləri, genetik material, hamısı xaricdən gətirilir. Ona görə bizdə həmişə yumurtanın qiyməti yüksək olub. Daşınma xərcləri, digər xərcləri də var. Bunların hamısını hesablayanda bizdə yumurtanın maya dəyəri digər ölkələrə nisbətən yüksək olur».



Vahid Məhərrəmli deyir ki, heç olmasa, quş yemi daxildə istehsal olunsa, yumurta da ucuzlaşar: «Əks halda, biz yumurta, quş əti ilə bağlı problem yaşayacağıq».



Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev isə AzadlıqRadiosuna deyir ki, yumurtanın bir ədədinin topdansatış qiymətinin dəyəri 15 qəpikdir: «Mağazaların qoyduğu qiymətə biz cavabdeh deyilik, onların bizə heç bir aidiyyəti yoxdur. İstehsalçı kimi yumurta bizdə 15 qəpikdir. Əvvəl 11-12 qəpik idi, devalvasiyadan sonra 14-15 qəpik olub. Təxminən 25 faiz artım olub».



Aydın Vəliyev də deyir ki, yumurta istehsalında vacib olan hər şey –yem, yem əlavələri, avadanlıq, baytarlıq preparatları, hamısı xaricdən gətirilir. Buna görə də qiymət bahalaşır.


Teqlər:
Bu xəbər cəmi 1030 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR