Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Akif Çovdarovun silahdaşı niyə havalandı?

Akif Çovdarovun silahdaşı niyə havalandı?

Fransada mühacir həyatı yaşayan tanınmış jurnalist Aqil Xəlil mənəvi qələbəsinin möhtəşəm kadrlarını izləməkdədir: onu ölkədən didərgin salan Akif Çovdarov qandallanıb, qazamatda saxlanma şəraitindən, təzyiqlərdən şikayət edir. 


 


Əminik ki, Aqil bu kadrlarda bir nəfəri də görmək istəyərdi. Bu bir nəfər kim ola? Yaddaşınıza azca güc versəniz, bu adamın adını tapa bilərsiz. "Zeytunluq" olayını yadınıza salın. Aqil Xəlilə əl qaldıran təkcə Akif Çovdarov idimi? Yox, ona züy tutan da vardı: MTN zabiti Dağbəyi Allahverdiyev.


 


Gəlin, Dağbəyi Allahverdiyevin tərcüməyi-halı ilə tanış olaq, sonra başqa mətləblərdən də söhbət açacağıq. 


 


Dağbəyi Allahverdiyev 1975-ci ildə Naxçıvan Muxtar Resuplikasının Culfa rayonunda doğulub. Hərbi məktəbdə təhsil alıb. Bəzi məlumatlara görə, o, təhsilini başa çatdıra bilməyib, qovulub. Bundan sonra Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının iqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsinə daxil olub. Bəzi məlumatlarda isə bildirilir ki, o hərbi məktəbdən bura köçürmə yolu ilə gəlib. Və bu köçürmə prosesinin həyata keçirilməsində iki partiya sədrinin böyük rolu olub: Müstəqil Azərbaycan Partiyasının sədri akademik Nizami Süleymanovun və Çağdaş Turan Partiyasının sədri Arif Tağıyevin....


 


Dağbəyi Allahverdiyev "Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələrində iqtisadi təhlükəsizliyin təmin edilməsi istiqamətləri" mövzusunda dissertasiya işi yazıb. 


 


Bir müddət İqtisad Universitetində dekan müavini işləyib. 


 


Dağbəyi Allahverdiyevin ulduzu Fuad Qəhrəmanlının birinci həbsindən sonra parlayıb. O vaxtlar Dağbəyinin Xaqani 33-ə tez-tez yolu düşürmüş. Hətta AXCP-nin üzvü olduğu haqqında da məlumatlar var. O, Bütöv Azərbaycan Hərəkatının da üzvü olub. Fuad Qəhrəmanlının birinci dəfə həbs olunmasından sonra isə yoxa çıxıb. Deyilənə görə, onun xüsusi xidmət orqanlarına ayaq açması bu hadisəsindən sonra baş verib. Bu hadisə onun ilk uğurlu əməliyyatı kimi qiymətləndirirlir. 


 


Cəbhəçilər Dağbəyinin adını bir də Aqil Xəlil olayında eşidirlər. 


 



Yeri gəlmişkən, Dağbəyi ilə bağlı dillərdə dastan, daha doğrusu cəbhəçilərin dilində dastan olan bir əhvalat da var. Elçibəyi "Bandotdel"ə çağıranda orda bir gənc Bəyin üzünə durur. Bəy "Bandotdel"dən gəlib mətbuat konfransı keçirir. Elçibəy gəncin onu üzünə durması məsələsini danışanda pis olub. Deyib ki, bu millətin nümayəndəsi olan bir gəncin üzünə durmasını qəbul edə bilmir. Vurğulayıb ki, ümumiyyətlə bu çox pis hadisədir. Mətbuat konfransı bitəndən sonra Bəy zalı tərk etmək istəyəndə gözü Dağbəyiyə sataşıb, geri dönərək barmağını ona tuşlayıb: "Sənə bir həftə vaxt verirəm, o gənc haqda məlumat topla, kimin işidir bu?" 


 


Elçibəy Dağbəyinin MTN-ə işlədiyini bilirmiş...



 


Məlumatlı şəxslərdən aldığımız məlumata görə, Dağbəyi bir müddət MTN-nin Antiterror Mərkəzində çalışıb. Mayor rütbəsinə qədər yüksəlib.  


 


Sonuncu dəfə isə onu MTN-nin Qaradağ şöbəsində görüblər.  


 


Bəzi məlumatlı şəxslər isə deyir ki, o, artıq bu sistemdən uzaqlaşdırılıb. Səhhətinə görə... Bir az da dəqiqləşdirsək psixoloji problemləri yarandığına görə... Təsəvvür edirisinizmi, adam nə qədər dəhşətli hadisələrin iştirakçısı və şahidi olmalıdır ki, vicdanı tamamilə bir kənara atmağına baxmayaraq dəli olmaq həddinə gəlib çatsın. 


 


Yaddan çıxmamış onu da deyək ki, Dağbəyi Allahverdiyev Aqil Xəlil işində qardaşı Natiq Allahverdiyevi qabağa vermiş və o, saxlanılmışdı. Lakin A.Xəlilin müdafiəçiləri və “Azadlıq” qəzetinin rəhbərliyi bəyanat etmişdilər ki, hüquqi baxımdan N.Allahverdiyevin jurnalistin döyülməsi ilə bağlı açılan cinayət işinə heç bir aidiyyəti yoxdur. Az sonra isə Natiq Allahverdiyev azadlığa buraxılmışdı. O vaxt “Zeytun bağı” Kəndli Fermer Təsərrüfatı Birliyinin sədri olan Natiq Allahverdiyev məşhur biznesmendir. 2005-ci ildə deputatlığa namizəd də olub.  


 


Dağbəyinin özünün də biznesi var. Qaradağda bir neçə daş karxanasının ona məxsus olduğu deyilir. Maraqlıdır ki, bu daş karxanalarına Akif Çovdarovun da şərik olduğu gəzən söhbətlər arasındadır. Daha doğrusu, Dağbəyinin Akif Çovdarova aylıq haqq verdiyi bildirilir. İndi bu haqq kimə çatacaq, Allah bilir. 


 


Bir məqamı da xüsusi qeyd edək ki, Akif Çovdarovun həyata keçirdiyi əksər qanunsuz əməllərdə Dağbəyi Allahverdiyev də iştirak edib. Yalan olmasın, bir çox cinayətlərdə Dağbəyi Allahverdiyev də Akif Çovdarov qədər məsuliyyət daşıyır. Dağbəyi Allahverdiyevin özünü asan MTN polkovniki İlqar Əliyevin işçisi olması isə vəziyyəti bir az da tündləşdirir. Amma bütün bu həngamələrdə iştirak etmiş Dağbəyinin bu gün azadlıqda gəzməsi bir az qəribə, bir az da müəmmalı görünür. Və yəqin xüsusi xatırlatmaya ehtiyac yoxdur ki, hazırda ehtiyatda olması onu məsuliyyətdən azad etmir. 


 


Ümid edək ki, Dağbəyi Allahverdiyevin məsuliyyətə cəlb olunmaması hazırda psixoloji durumunun qaydasında olmaması ilə bağlıdır. Hər halda bu şəxslə bağlı araşdırmalarımız davam edəcək. Artıq müyyən işlərin izinə düşmüşük, sadəcə bəzi məqamların dəqiqləşdirilməsinə ehtiyac var. Bir az səbirli olmaq lazımdır.


 


Düşünürük ki, Dağbəyi ilə bağlı kadrlar da Aqil Xəlilin ürəyindən xəbər verməlidir: hər halda MTN zabitinin havalanması da zülmkarın öz cəzasına çatması kimi qiymətləndirilə bilər.  

Teqlər:
Bu xəbər cəmi 1040 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR