“Möhtəşəm yüz il-Kösəm Sultan” serialında azərbaycanlı telejurnalist Aygül Zabitqızı rol alacaq.
“Qafqazinfo”nun məlumatına görə, jurnalist açıqlamasında Sultan Əhmədin cariyələrindən birini canlandıracağını bildirib:
“Filmin rejissoru məni gördü, bəyəndi. Həmin obraza uyğun göstərildim. “Yabancı cariyə” obrazını canlandıracam. Rola uyğun saçlarım rənglənəcək. Rolumun nə vaxta kimi canlandıracağımı bilmirəm. Bu barədə müqaviləni imzaladıqdan sonra məlumatım olacaq”.