Dövlət Gömrük Komitəsinin mətbuat xidməti sərhəd keçid məntəqələrinin vəziyyəti ilə bağlı açıqlama yayıb.
“Qafqazinfo”ya daxil olan açıqlamada bildirilir ki, bəzi kütləvi informasiya vasitələrində Tovuz, Astara, Balakən və Biləsuvar gömrük idarələrinin buraxılış məntəqələrindəki piyada keçid xəttində vətəndaşların böyük sıxlığının yarandığı barədə yalan məlumatlar yayılıb. “Dövlət Gömrük Komitəsi bildirir ki, bu kimi məlumatların heç bir əsası yoxdur və buraxılış məntəqələrindəki piyada keçid xəttində son günlər ərzində heç bir sıxlıq müşahidə olunmur. Hazırda vətəndaşların normal gediş-gəlişi tam təmin edilir”.
Komitə məntəqələrin hazırkı vəziyyətini göstərən fotolar da yayıb.