Ötən gecə Lökbatan qəsəbəsi ərazisində yerləşən “Zeytə park” restoranında 6 nəfəri güllələyən Məhərrəm Əliyevin atasının kimliyi məlum olub.
Pia.az-ın əldə etdiyi məlumata görə, 6 nəfəri mübahisə zəminində gülələyən Məhərrəm Əliyevin atası 14 saylı Ərazi Vergilər İdarəsinin rəis Fəxrəddin Əliyevdir.
Vergilər naziri Fazil Məmmədovun kadrı sayılan və Binəqədi icra başçısı Xaləddin İsgəndərovun yaxın adamı kimi qələmə verilən Fəxrəddin Əliyevin uzun müddətdən bəri vergi sistemində çalışdığı deyilir.