Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Vergi verməyənlərin adları - 35 min cərimələnən də var

Vergi verməyənlərin adları - 35 min cərimələnən də var


Gəlirini gizlədib vergidən yayınan şou-biznes nümayəndələrinin bir neçəsinin adı açıqlanıb.



“Qafqazinfo”nun məlumatına görə, ən çox cərimələn müğənnilər sırasında Səidə Sultan liderdir. Müğənni 35 min manat məbləğində cərimələnib. 



Nadir Qafarzadə 10 min manat, Manaf Ağayev 2500 manat, Əlikram Bayramov 1666 manat, Nura Suri 1000 manat dəyərində cərimə ödəməli olacaq.



Ramal İsfrafilov, Ayaz Qasımov, Elçin Cəfərov, ilhamə Qasımova daxil olmaqla mindən artıq şou nümayəndəsi də dövlət büdcəsinə vergiləri ödəməkdən yayınmaqda adlanır hallanır.



Müğənni Almaz Ələsgərli “Qafqazinfo”ya açıqlamasında 3 min manat cərimələndiyini bildirib:





“Bəli, cərimələnmişəm. Allaha şükür olsun ki, mənə 3 min manat cərimə yazıblar. Birdən 3 min ödəmək çətin olacaq. Başqalarında daha çoxdur, onlar necə ödəcəyək? Pulu olan aparıb ödəyəcək”.



Əməkdar artist Ədalət Şükürov vaxtında vergi ödəyən barmaqla sayılacaq məşhurlar siyahısındadır.



Müğənni açıqlamasında 10 ildir ki, vergi ödədyini qeyd edib:





“Mən 10 ildir ki, vergi ödəyicisiyəm. Hər il hesabatımı vermişəm. Son olaraq 780 manat cərimə olunmağım barədə məlumat verildi. Bunu da 5 gün qabaq Sumqayıtda gedib ödədim. Məndə cərimənin az olması vaxtı vaxtında hesabatlarımı verməyimdən irəli gəlir. Digər həmkarlarım da isə cərimələr çoxdur. Onların özləri təqsirkardır. Çünki vaxtında hesabatlarını verməyiblər. Axı onları maarifləndirmək lazımdı? Bu barədə onlar məlumatsız olublar”.



İlhamə Qasımova günahın müğənnilərdə olduğunu vurğulayıb:



“Ümid edirəm ki, hər şey yaxşı olacaq. Vergini hər kəs ödəməlidir. Çox maraqlıdır ki, mənim adım da hallanır. Bu qanundur, borcumuzdur. Müğənni aylıq 200-300 min qazanmır ki, onun 18 faizini vergiyə ödəsin. Ədalətli faiz qoymaq lazımdır. Qazanan müğənni vergini vaxtında ödəməlidir.





Ən birinci günahkar müğənninin özüdür. Hansısa müğənni müsabiqəyə gedir. Gəlib danışır ki, müəyyən məbləğdə bizə pul verdilər. Bu yalan danışıqlar isə problemlər yaradır. Əksəriyyəti düzgün danışmağa utanırlar. Vergi söhbətindən sonra hər kəs düz danışmağa başlayacaq”.



Qeyd edək ki, şou aləmində çalışan 3 minə yaxın şəxs vergi ödəyicisi kimi qeydiyyatdadır. Onların 2942-nin bəyannamələrində uyğunsuzluq aşkarlanıb və artıq mindən artıq şou-biznes nümayəndəsinə ümumilikdə 749 min manat əlavə vergi hesablanıb.



Vergilər Nazirliyi vergidən yayınan müğənnilərə qarşı tədbirlərin sərtləşəcəyini bildirib.



Onların əmlakı siyahıya alınacaq, avtomobillərinə həbs qoyulacaq, ölkədən çıxmaları qadağan ediləcək. Borcu 2 min manatdan artıq olanlara isə cinayət işi açılacaq. Həmin şəxslərin siyahısı yaxın günlərdə nazirlik tərəfindən elan olunacaq.


Teqlər:
Bu xəbər cəmi 1100 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR