Ermənistan prezidenti Serj Sarkisyan dekabrın 20-də Moskvaya işgüzar səfər edəcək.
“Qafqazinfo” virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ermənisan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Serj Sarkisyan dekabrın 21-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqı şuralarının sessiyalarında iştirak edəcək.
Qeyd edək ki, dekabrın 19-da İsveçrənin Bern şəhərində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında görüş olub.