Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Dollarla bağlı qərar qiymətləri qaldırır

Dollarla bağlı qərar qiymətləri qaldırır


Ötən gündən başlayaraq ABŞ valyutasının nisbətən bahalaşması artıq elektrotexnika və mobil telefon mağazalarında qiymət artımına səbəb olub. Amma alıcılar artımın olduğunu desələr də satıcılar bunu inkar edir.



“Qafqazinfo” xəbər verir ki, şəhər sakinlərinin ans press-ə verdiyi məlumata görə, hazırda bəzi mağazaların üzərində müəyyən faiz dərəcəsi ilə endirim yazılsa da, bu endirimə nəinki əməl edilmir, hətta avadanlıqlarda bahalaşma hiss olunur. Bakı sakini Samir Hüseynov deyir ki, bu gün telefon mağazasından 249 manata mobil telefon alıb:



“Həmin telefonu keçən ay eyni mağazada 230 manata görmüşdüm. Qiymətdə bahalaşma olduğunu satıcıya desəm də o, mənimlə razılaşmadı. Ancaq aldığım telefonda olduğu kimi, digər telefonlarda da qiymət artımı müşahidə edilirdi”.





Qiymətlərin nisbətən bahalaşmasından şikayət edən təkcə telefon almaq istəyən vətəndaşlar deyil. Şəhər sakinləri məişət texnikasının qiymətlərinin də bahalaşdığını bildirirlər.



Nadir Əliyev adlı sakin isə bu gün 589 manata yeni televizor alsa da qiymətlərin bahaşalmasından şikayət edən vətəndaşlardandır. Onun sözlərinə görə, aldığı televizor bir neçə ay bundan qabaq daha ucuz qiymətə təklif edilirdi:



“Mən keçən ay 589 manata aldığım televizoru 568 manata elə həmin mağazada görmüşdüm. Satıcıya qiymətin qalxdığını desəm də o mənimlə razılaşmadı. Ancaq qiymətlər qalxıb, bunu keçən aylardakı qiymətləri bilən vətəndaşlar özləri də müşahidə edə bilərlər”.



Satıcı Elnur Abdurrahmanov isə Nadir Əliyevin dediyinin əksini iddia edir. Onun sözlərinə görə, məişət texnikalarının qiymətində heç bir artım yoxdur:



“Vətəndaşa 589 manata satdığımız televizor əvvəl də elə həmin qiymətə olub. Mağazamız məhsulları əvvəl neçəyə satıbsa, indi də elə həmin qiymətə müştərilərə təklif edilir. Düzdür son vaxtlar dollar cüzi bahalaşıb. Ancaq hələlik bu artım bizə o qədər də təsir etmədiyinə görə, qiymətləri qaldırmamışıq”.





Telefon mağazasının satıcısı da özünə mobil telefon alan Samir Hüseynovun dediklərini əsassız sayır. Həmin satıcı da Elnur Abdurrahmanov kimi müştərinin dediklərinin əksini iddia edir. Ancaq o, qiymət artımının olacağını istisna etmir:



“İki gün əvvəl ABŞ Federal Ehtiyat Sisteminin (FRS) dolların baza faiz dərəcəsini 0,25%-dən 0,5%-ə qədər yüksəltməsi düşünürəm ki, bizim qiymətlərə də təsir edəcək. Çünki məhsulları xaricdən gətirdiyimiz üçün dollarla alırıq. Yaxın günlərdə şirkətimiz xaricdən məhsul gətirdikdən sonra qiymət artımının olub-olmayacağına qərar verəcəyik”.


Teqlər:
Bu xəbər cəmi 965 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR