“Bakı Mis Emalı” zavodundan oğurluq olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN-in rəsmi saytı məlumat yayıb.
Sumqayıt Şəhər Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Bakı Mis Emalı” zavodundan 26 ton mis xammal oğurlayan şəhər sakini Elçin Qərənizadə tutulub.
Faktla bağlı araşdırma aparılır.