Ötən həftə (14-18 dekabr) ərzində Azərbaycanın AZERI LT (CIF) növlü neftin orta qiyməti 38,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 2,44 dollar/barel azdır.
“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 39,21, minimum isə 37,76 dollar/barel təşkil edib.
14-18 dekabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 33,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 2,58 dollar/barel azdır.
Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 34,17, minimum isə 32,92 dollar/barel olub.
14-18 dekabr həftəsində "Brent Dated" növünün orta qiyməti 37,14 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftənin göstəricisindən 1,71 dollar/barel azdır.
Ötən həftə "Brent"in maksimum qiyməti 38,02 dollar, minimum isə 36,65 dollar/barel təşkil edib.