Xəbər verdiyimiz kimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində son bir həftə ərzində nazirliyə məxsus “Azərpoçt” MMC-nin 18 nəfər əməkdaşı işdən azad edilib. Qurumda eyni zamanda digər islahatlar da aparılır.
Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, qurumun “Rabitə dünyası” qəzetinin fəaliyyəti dayandırılsa da, qəzet yeni formatda işıq üzü görəcək.
Açıqlamada qeyd olunub ki, “Rabitə dünyası” daha geniş auditoriyanı əhatə edən jurnalla əvəzlənəcək:
“Məqsəd İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) sahəsindəki yeniliklərin müasir kommunikasiya vasitələrilə, daha innovativ üsullarla, çevik şəkildə auiditoriyaya çatdırılmasıdır. O cümələdən, nazirliyin fəaliyyəti ilə bağlı bütün məlumatlar mütamadi olaraq mincom.gov.az rəsmi portalı və İCTnews.az elektron xəbər xidməti vasitəsilə ictimaiyyətə təqdim olunacaq”.