Əhalinin banklardakı əmanətləri noyabrda 138,9 milyon manat azalaraq bu ayın əvvəlinə milli valyuta ekvivalentində 7,2 milyard manat təşkil edib.
“Qafqazinfo” xəbər verir ki, Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, eyni zamanda, əvvəlki ilin eyni dövrü ilə müqayisədə əmanətlərin həcmi 2,4 faiz və ya 167,5 milyon manat artıb.