Milli Məclisinin Sədri Oqtay Əsədov Azərbaycan Respublikası apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında qərarı imzalayıb.
“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Ali Məhkəmənin hakimi Tapdıq Şükür oğlu Mahmudov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.
2. 2016-cı il yanvarın 1-də səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
Cəmilova Xəyalə Adil qızı,
Zeynallı Fərmayıl Gülmalı oğlu.
3. 2016-cı il yanvarın 1-də səlahiyyət müddəti bitən Kəmalə Nəbi qızı Abiyeva Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.
4. 2016-cı il yanvarın 1-də səlahiyyət müddəti bitən Rafael Əmir oğlu Eyvazov Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.
Qeyd edək ki, qərarın 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.