Azərbaycanda Torpaq Məcəlləsinə dəyişiklik edilir.
“Qafqazinfo” xəbər verir ki, Xəzər dənizinin Azərbaycan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan topaq sahələri dövlətin mülkiyyətində qalmaqla özgəninkiləşdirilə bilməz və yalnız müvafuiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. Müvafiq icra hakimiyyətinin orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər. Yalnız dövlətin iqtisadi və ya təhlükəsizlik mənafeələrinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin torpaq sahələrinə gediş-gəliş məhdudlaşıdırıla bilər. Göstərilən sahilboyu zolağın qrafik təsviri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Sahilboyu zolaq Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin su səthinin quru ilə bu qanun qüvvəyə mindikdən sonra mövcud olan təmas xəttindən hesablanır.
Milli Məclisdə müzkirələrdə çıxış edən Fazil Mustafa bildirib ki, dəniz hər tərəfdən hasarlanıb: “Kimsə çimərlik və başqa vasitələr düzəldərək dənizə gedənlərə əngəl olmağa çalışır. İndi buna hansı qaydada müdaxilə ediləcək? Qaradağ boyu gəlincə dənizin hasarlandığını görürük. İnsanların yayda istirahət hüququnu pozulur”.
Deputat Elmira Axundova qeyd edib ki, indiki halda bir sıra yerlərdə hündür hasarlar çəkilib: “İndi məlum olur ki, bu qanuna edilən dəyişiklik bu hasarlara aid edilməyəcək. Gələcəkdə tikiləcək hasarlara şamil olunacaq. Mən başa düşürəm ki, qanun geriyə şamil olunmur. Amma bu milləti narahat edən məsələdir. Hesab edirəm ki, çəkilmiş hasarlara da aid edilməlidir”.