Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Yol polisindən sürücülər üçün faydalı açıqlama

Yol polisindən sürücülər üçün faydalı açıqlama
Kamran Əliyev: «Ödənilməmiş cərimə ödənildikdən sonra sürücülük hüququ məhdudlaşdırıla bilməz»


Son vaxtlar sürücülər bu problemlə tez-tez üzləşirlər. Ödənilməmiş cəriməsi olan sürücülər yol polisi tərəfindən saxlanılır və idarə etdiyi avtomobil cərimə meydançasına aparılır. Sürücünün isə sənədləri alınır. Sürücü banka gedib cəriməni ödəyəndən sonra sənədlərini və avtomobilini götürməyə qayıdır. Amma yol polisi ona bildirir ki, cərimənin ödənilməsi gecikdiyi üçün sürücülük hüququ məhdudlaşdırılacaq. Bununla bağlı Avtosfer.az saytına sürücülər tərəfindən edilən müraciətlərin məzmunu eynidir və hamısı da sonradan bu və ya digər formada məsələni «sülh yolu» ilə həll edib sənədləri geri ala biliblər. Bununla bağlı Avtosfer.az-ın sualını cavablandıran Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev bildirib ki, məsələyə bu cür yanaşma doğru deyil. Əgər sürücülər belə hallarla üzləşirlərsə, o zaman Baş Dövlət Yol Polisi İdarəsinin 902 «qaynar xətt»inə zəng edib məlumat versinlər: «Əgər sürücü məhkəmə qərarı çıxmazdan əvvəl cərimə məbləğini və onun üzərinə gələn dəbbə pulunu ödəyibsə, onun sürücülük hüququ məhdudlaşdırıla bilməz. Cərimə ödənilibsə, təbii ki, saxlanılan nəqliyyat vasitəsi də cərimə meydançasından buraxılmalıdır. Avtomobilin saxlanılıb cərimə meydançasına aparılmasında başlıca məqsəd cərimənin ödənilməsini təmin etməkdir. Bunu edəndən sonra sürücülük hüququ məhdudlaşdırıla bilməz».


Teqlər:
Bu xəbər cəmi 1155 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR