Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Putin diplomatik sərhədləri tamamilə aşdı” – Sabir Rüstəmxanlı

“Putin diplomatik sərhədləri tamamilə aşdı” – Sabir Rüstəmxanlı


“Məncə bu hadisə nə Putinə, nə də Rusiyaya hörmət gətirən bir məsələ deyil. Türkiyə bu ifadələri cavabsız qoymayacaq. Ona uyğun da Putin cavabını alacaq. Rəsmi Ankara nə qədər təmkinli olsa da bu cür məsələlər cavabsız qalmaz”.



Bunu hafta.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı Rusiya prezidenti Vladimir Putinin canlı yayımla çıxışı zamanı Türkiyə haqqında aşağılayıcı ifadələr işlətməsinə münasibət bildirərkən deyib.



Sabir Rüstəmxanlı qeyd edib ki, açıq – aşkar, zorla Türkiyəni müharibəyə çəkmək istəyirlər:



“Əslində Putinin Türkiyə barəsində nə dediyini və hansı konteksdə söylədiyini eşitməmişəm. Əgər belə deyibsə, bu Putinin bütün diplomatik sədləri aşmasına işarədir. Son zamanlar Rusiya və dünya mətbuatı onun haqqında yazırlar ki, Putin öz vəzifəsinə uyğun gəlməyən bir adamdır. Bu hadisə bir daha göstərir ki, Putin prezident postuna təsadüfi gəlmiş bir adamdır. Milli təhlükəsizlik sistemində işləmək ayrı şeydir, dövlət başçısı olmaq isə tamam başqa anlayışdır. Ölkə rəhbəri digər dövlətlərə də sayğı və hörmətlə yanaşmalıdır. Bu onların borcudur. Bütün ağıllı rəhbərlər belə ediblər. Vaxtilə Atatürk yunanları Poladlıdan qovub İzmirdə Ağ dənizə tökəndə yunan bayrağını ayaq altına atanlara demişdi ki, qaldırın o bayrağı. Atatürk bildirmişdi ki, o da bir dövlətin bayrağıdır, belə ədalət olmaz. Hətta müharibə şəraitində də xalqlar bir-birinə sayğı ilə yanaşır”.



Xalq şairi Sabir Rüstəmxanlı hesab edir Putinin belə bəyanatla öz əməlini pərdələmək niyyətindədir:



“Putin vurulan təyyarə olayını qızışdırmaqla əslində Suriyaya qeyri-qanuni girməsini, bölgədə ağalıq iddiasını pərdələmək istəyir”.



Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin bu gün jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib ki, "Təyyarə insidenti "türk hökümətindən kiminsə amerikalıların bir yerini yalamaq cəhdinin" nəticəsi ola bilər". Daha sonra Putin vurğulayıb ki, türk xalqı onların tərəfdarı olub və belə qalacaq:



"Hazırki Türkiyə rəhbərliyi ilə danışıqlar praktiki olaraq mümkün deyil".          


Teqlər:
Bu xəbər cəmi 1215 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR