Bakı sakinləri "Doyarka” süd məhsullarının istehsal etdiyi dovğadan zəhərlənib.
VİZUAL.az-ın xəbərin görə, bu barədə Pərvanə Cəfərova Feysbuk səhifəsində məlumat verib. Onun sözlərinə görə, qablaşdırılmış məhsulun üzərində istifadə müddəti ilə bağlı heç nə yazılmayıb:
"Bu, göründüyü kimi, hamının, hər kəsin tanıdığı dovğadır. Bu gün almışıq, əgər demək olarsa. Nə tarixi var, nə də istifadə müddəti. Zəhər dadı verir. Hələ də iş yoldaşlarım yediklərini qaytarır. Belə məsuliyyətsizlik olmaz”.
Qeyd edək ki, "Doyarka süd məhsulları”nın mənşəyi haqda bilgilər çox azdır. Məhsullar Azərbaycanda istehsal olunsa da, şirkətin qanunvericilikdə nəzərdə tutulmuş qaydada çalışmadığı bəllidir.