Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bu gün ABŞ dolları bahalaşdırmaq qərarı verəcək

Bu gün ABŞ dolları bahalaşdırmaq qərarı verəcək

Dekabr ayının 8-11-i arası Azərbaycan Mərkəzi Bankının ehtiyatları 255 milyon dollar azalıb ki, bu da günə 63.7 milyon dollar deməkdir”. Bunu "Bizim Yol”a iqtisadçı-ekspert Natiq Cəfərli deyib. 


 


Valyuta ehtiyatlarının azalmasının səbəblərinə toxunan N.Cəfərli deyir ki, bu müxtəlif amillərə bağlıdır: "Mərkəzi Bankın valyuta ehtiyatlarının azalması biznes mühitinin yaxşılaşmadığını göstərir. Eyni zamanda əhalinin əlində olan vəsaitin xaricə çıxarılması ilə də bağlı ola bilər. Məsələn, Türkiyədə daşınmaz əmlak bazarına investisiya yatırmaqda Azərbaycan vətəndaşları ilk üçlüyə daxil olub.


 


Digər bir səbəb isə vaxtilə Rusiyada çalışan soydaşlarımızın Azərbaycanın daşınmaz əmlak, avtomobil, qızıl bazarına etdikləri yatırımlar ətrafında gedən proseslərdir. İndi Rusiyada iqtisadi-sosial vəziyyət pisləşdiyindən azərbaycanlılar həmin əmlaklarını sataraq, dollara çevirib ölkədən çıxarırlar. Onlar bununla oradakı işlərini qorumağa çalışırlar.


 


Bundan başqa ölkədə məmurlarla, banklarla bağlı əməliyyatlar aparılır. Onlara yaxın çevrədən olan adamların bundan təşvişə düşüb əllərində olan vəsaiti Azərbaycandan çıxarmağa çalışması ehtimalı da yüksəkdir. Yəni səbəblər çoxdur. Onların hamısını bir-birinin üzərinə gələndə Mərkəzi Bankın rezervlərinə ciddi təsir göstərir".


 


İqtisadçı yaxın həftələrdə manatda növbəti devalvasiyanın müşahidə olunacağını söylədi: "Bu gün çox vacib bir gündür. Federal Rezerv Sisteminin iclası olacaq və ilkin nəticələrini açıqlayacaq. Çox böyük ehtimalla təşkilat uçot dərəcələrini artıracaq. Hətta bu, həll olunmuş məsələdir. Uçot dərəcələrinin artırılması Azərbaycana da təsirsiz ötüşməyəcək. Fikrimcə, Azərbaycan Mərkəzi Bankının gözləntilərindən biri budur ki, dünyada gözləntilər başlasın, Federal Rezerv Sistemi bu addımı atsın, ondan sonra manatın yüngül devalvasiyasına başlasın. Bunu isə dünyada gedən proseslərlə izah etməyə çalışacaqlar. Çox güman ki, Mərkəzi Bank belə bir arqument axtarır ki, öz məsuliyyətini xaricdə baş verən proseslərin üzərinə atsın. Yəqin ki, bu, ya da gələn həftə manatın yumşaq şəkildə devalvasiyasının şahidi olacağıq".


 


N.Cəfərli bu dəfəki devalvasiyanın fevral ayındakı kimi kəskin olacağını düşünmür: "Ona görə ki, Mərkəzi Bank və hökumət də anladı ki, Azərbaycan iqtisadiyyatı buna hazır deyil. Əslində, iqtisadiyyat birinci devalvasiyanı hələ həzm edə bilməyib, bank sektorunda vəziyyət çox ağırdır, pərakəndə satış çöküb, ticarət dövriyyəsi azalıb. Hökumət üzən məzənnə formulunu ortaya boş yerə atmayıb. Onu iqtisadi kateqoriya kimi insanların beyinlərinə yeritməyə çalışırlar. Üzən məzənnəyə uyğun olaraq, yenə də manatın məzənnəsinin inzibati qaydada təyin olunması olacaq. Çünki Azərbaycanda üzən məzənnəyə keçmək üçün iqtisadi institutlar yoxdur, bu mümkünsüzdür. Sadəcə olaraq, inzibati qaydada manatın kursu yumşaq şəkildə dəyişəcək. Milli valyutanın mərhələ-mərhələ dəyərdən düşməsinə qərar verəcəklər".

Teqlər:
Bu xəbər cəmi 795 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR