Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Etibar Pirverdiyev qurumunda ciddi pozuntular – Audit yoxlaması

Etibar Pirverdiyev qurumunda ciddi pozuntular – Audit yoxlaması

Hesablama Palatasının Vüqar Gülməmmədovun sədrliyi ilə keçirilmiş növbəti kollegiya iclasında "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı auditin nəticələri müzakirə edilib.


 


Yoxlama qrupunun rəhbəri B. Abbasovun məruzəsi dinlənildikdən sonra fəaliyyət istiqaməti üzrə auditor C. Həsənov müəyyən edilmiş nəticələr və təqdim edilmiş tövsiyələrlə bağlı məlumatı iştirakçıların diqqətinə çatdırıb. 


 


Auditor C. Həsənov bildirib ki, "Azərenerji” ASC tərəfindən dövlət əsaslı vəsait qoyuluşu üçün tələb olunan büdcə vəsaitlərinin proqnozlaşdırılması zamanı sahə üzrə dövlət investisiya layihələrinin əsaslandırılmasını, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisiya təklifləri tərtib edilməyib, birbaşa layihə-smeta sənədlərinin hazırlanması, layihənin texniki iqtisadi əsaslandırılması və qiymətləndirilməsi təmin olunmayıb, tikinti layihələrinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması və həmin tikinti obyektlərinə ayrılmış vəsaitlərin səmərəli istifadəsinin qiymətləndirilməsi baxımından ekspertizadan keçirilməsi təmin edilməyib, müvafiq qaydaların tələblərinə uyğun olaraq tikintilərin cari qiymətlər səviyyəsində ehtimal olunan dəyəri müəyyən edilməyib.


 


Auditor bir neçə halda paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması layihəsi üzrə obyektlərin layihə-smeta sənədlərinin podratçı təşkilatın sifarişinə əsasən hazırlandığını, layihə-smeta sənədlərinin hazırlanması xərclərinin podrat müqaviləsinə daxil edildiyini, işlərin yerinə yetirilməsi zamanı podratçıya artıq vəsait ödənildiyini, işlərin və xidmətlərin satın alınması zamanı bəzi hallarda satınalma proseduru tətbiq edilmədən birbaşa müqavilələrin bağlanıldığını bildirib.


 


Auditor, eyni zamanda, bir neçə obyektin başa çatdırılmasına baxmayaraq Dövlət qəbul Komissiyası tərəfindən istismara qəbul olunmadığını, bununla belə, həmin obyektlərin dəyərinin ASC-nin maliyyə hesabatlarında aktivlərə aid edildiyini qeyd edib. 


 


Daha sonra auditor rəydə əks etdirilmiş tövsiyələri diqqətə çatdıraraq bildirib ki, ASC tərəfindən bir sıra istiqamətlər, o cümlədən dövlət əsaslı vəsait qoyuluşu üzrə büdcə təkliflərinin Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 17 mart tarixli 239 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın tələblərinə əməl edilməklə tərtib edilməsi, sahə üzrə dövlət investisiya layihələrinin əsaslandırılması, layihə-smeta sənədlərinin müvafiq qaydada ekspertizadan keçirilməsi, dövlət əsaslı vəsait qoyuluşundan və digər dövlət maliyyə resurslarından maliyyələşdirilən tikintilər üzrə sifarişçi funksiyalarının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun həyata keçirilməsi ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi, obyektlərin layihə-smeta sənədlərinin podratçı təşkilatlar tərəfindən hazırlanması, eləcə də, işlər yerinə yetirilmədən uzun müddətə podratçı təşkilatlarda büdcə vəsaitlərini debitor borc kimi saxlamaqla həmin təşkilat üçün əlavə dövriyyə vəsaitinin yaradılması hallarına yol verilməməsi sahəsində nəzarətin gücləndirilməsi zərurəti olduğunu qeyd edib.


 


Müzakirələrin sonunda kollegiya qərarı səsə qoyularaq qəbul edilib.(bizimxber.az)

Teqlər:
Bu xəbər cəmi 860 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR