Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

"Evdəki səs-küyə görə cərimənin artırılması məntiqsizlikdir" - Deputat


Yeni hazırlanan İnzibati Xətalar Məcəlləsində bir sıra qayda pozuntuları ilə bağlı cərimələrin artırılması nəzərdə tutulub, hətta yeni cərimə növləri müəyyən edilib. İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan dəyişikliklə məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına görə cərimələr də artırılacaq.



Məcəllə Milli Məclisdə qəbul edilərsə, məişət səs-küyünə qarşı mübarizə tələblərini pozan fiziki şəxslər 300 manatdan 400 manatadək, vəzifəli şəxslər 2 500 manatdan 3 500 manatadək cərimə ediləcəklər. Qaydalar gecə saat 12-dən səhər saat 7-dək olan müddəti əhatə edir.



Hansı hallar cərimə tətbiqi üçün əsas ola bilər? Ümumiyyətlə, bu məbləğdə cərimənin tətbiqi hansı zərurətdən irəli gəlir?



Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa modern.az saytına deyib ki, cərimələrin artırılması mülki qaydada inzibati məsuliyyətin önə çəkilməsi və cinayət məsuliyyətinin azaldılması üçün nəzərdə tutulub: “Bu, insanların üzərinə daha çox maddi məsuliyyət qoyur. Amma düşünürəm ki, cərimələrin heç bir əsas olmadan, bu formada artırılması məntiqsiz yanaşmadır. Onsuz da imkanları məhdud olan vətəndaşı daha ciddi problemlərlə qarşılaşdıracaq. Ona görə də bu tendensiyanın tərəfdarı deyiləm. Amma nə etmək olar, İnzibati Xətalar Məcəlləsində əsaslandırılmamış, vətəndaşların imkanları nəzərə alınmadan, xüsusilə sürücülərlə bağlı cəzalar sərtləşdirilir. Düşünürəm ki, yenə də ağır vəziyyətə düşən vətəndaş özü olur”.



Fazil Mustafa qeyd edib ki, spirtli içkilərlə bağlı həyata keçirilən tədbirlər, qaydaların məhdudlaşdırılmasının heç bir ziyanı yoxdur: “İçki insan orqanizmi üçün zərərlidir. İçib başqasının həyatına təhlükə yaradanlar üçün məhdudiyyət, cərimə artırılsa yaxşıdır. Amma digər məsələlərdə cərimələrin artırılması çox yanlışdır”.



Deputatın fikrincə, bu cərimələr boşalan büdcəni doldurmayacaq: “Büdcə yoxsullaşan vətəndaşın pulu ilə doldurulacaqsa, bir növ sosial müavinət kimi həmin vətəndaşa verilməli olacaq. Bu, ona görə də məntiqli yanaşma deyil”.



 


 


Teqlər:
Bu xəbər cəmi 395 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR