Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Ramiz Mehdiyev təhsil sistemindəki biabırçı vəziyyətdən danışdı

Ramiz Mehdiyev təhsil sistemindəki biabırçı vəziyyətdən danışdı
Aprelin 22-də günün birinci yarısında Təhsil Nazirliyində geniş iclas keçirilib. Nazirlikdəki mənbənin “Yeni Müsavat”a verdiyi məlumata görə, iclas zamanı yeni təhsil naziri Mikayıl Cabbarov nazirliyin kollektivinə təqdim olunub. Yeni nazirin təqdimatını isə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev edib. R.Mehdiyev nazirin təqdimatı zamanı çox kəskin çıxış edib. O, çıxışında əsasən ali məktəblərin Boloniya sisteminə keçidinin bərbad vəziyyətdə olmasını qabardıb. Həmçinin orta məktəb şagirdlərinin dərslərdən yayınmasını kəskin tənqid edib. Mənbəmiz bildirib ki, R.Mehdiyev bu vəziyyətin biabırçı həddə qədər inkişaf etdiyini vurğulayıb. Onun çıxışında vurğulanıb ki, şagirdlər repetitor yanına hazırlığa getdiyinə görə orta məktəblərdə dərslər əksər hallarda boş keçir. Həmçinin R.Mehdiyev məktəb direktorlarının, rayon təhsil şöbələrinin daha çox icra hakimiyyətlərindən asılı olmasını da tənqid edib. O bildirib ki, məktəb direktorları Təhsil Nazirliyindən daha çox rayon icra hakimiyyətlərindən asılı vəziyyətdədirlər və bu vəziyyəti dəyişmək lazımdır. O cümlədən R.Mehdiyev çıxışında plagiat elmi əsərlərə də toxunub və tənqid edib. Hətta üstüörtülü şəkildə nazir müavinlərindən birinin elmi işinin plagiat olduğunu da deyib. R.Mehdiyev yeni nazirə və nazirlik kollektivinə müəyyən tövsiyə və tapşırıqlarını da verib. Təqdimatda isə sabiq təhsil naziri Misir Mərdanov iştirak etməyib. Qeyd edək ki, aprelin 19-da dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Misir Mərdanov təhsil naziri vəzifəsindən azad edilib. Prezidentin digər sərəncamı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov təhsil naziri təyin edilib(musavat.com).

Teqlər:
Bu xəbər cəmi 1560 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR