Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Rövnəq Abdullayevdən əmr - Xərclər sıfıra endirilsin!

Rövnəq Abdullayevdən əmr - Xərclər sıfıra endirilsin!


Dünya bazarlarında neftin davamlı olaraq ucuzlaşması, bir barrelinin qiymətinin 40 dollardan da aşağı düşməsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) maliyyə dayanıqlığının saxlanılması və xərclərin optimallaşdırılması istiqamətində beynəlxalq neft-qaz əməliyyatları sahəsində ümumi qəbul olunmuş təcrübə nəzərə alınmaqla müvafiq tədbirlərin həyata keçirilməsini zərurətə çevirib. SOCAR-ın prezidentinin əmrinə əsasən, bu istiqamətdə növbəti tədbirlər müəyyənləşdirilib.



“Qafqazinfo” xəbər verir ki, Dövlət Neft Şirkətinin mətbuat xidmətinin yaydığı xəbərdə bildirilir ki, SOCAR-ın strukturuna daxil olan qurumların həyata keçirdikləri texnoloji fəaliyyətə xələl gətirmədən onların gəlir və xərclər smetasının, həmçinin bu qurumların tərkibinə daxil olan bölmələrin sayının və ştat vahidlərinin yenidən nəzərdən keçirilməsi, maliyyə resurslarının ilk növbədə daha az vəsait tələb edən yüksək rentabelli sahələrə yönəldilməsi nəzərdə tutulan əsas məsələlərdəndir.



Şirkətdə risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə müvafiq struktur bölmələrinə SOCAR-ın irimiqyaslı investisiya layihələri üzrə layihə risklərinin əhəmiyyətlilik dərəcəsinə əsasən ardıcıllığı müəyyən edilmiş risklər siyahısının Layihə Risklərinin xəritəsinin tərtib edilməsi, eləcə də sığortalanması məqsədəuyğun sayılan təhlükəli istehsalat obyektlərinin siyahısının hazırlanması haqqında göstəriş verilib. Əmrdə həmçinin, SOCAR tərəfindən sosialyönümlü layihələrin, sponsorluq və xeyriyyəçilik fəaliyyətinin, maliyyə yardımlarının məhdudlaşdırılması, nəqliyyat, rabitə, ofis ləvazimatlarının alınması kimi xərclərin azaldılması, izafi xərclərin aradan qaldırılması tədbirləri öz əksini tapıb.



Neftin qiymətində daha əlverişli iqtisadi durum yaranana qədər sərgi, konfrans, simpozium, seminar, təlim və bu qəbildən olan tədbirlərin təşkili və maliyyələşdirilməsi məhdudlaşdırılıb, xarici ölkələrə ezamiyyətlərin müddətinə və ezam olunanların tərkibinə nəzarət gücləndirilib. Şirkətin struktur bölmələrinə həmçinin, neftin, qazın hasilatı, nəqli, emalı sahələri üzrə texnoloji proseslərin fasiləsizliyini təmin edən mal, iş və xidmətlərin satın alınmasına nəzarətin gücləndirilməsi tapşırılıb.



2016-cı il yanvarın 1-dən SOCAR-ın nümayəndəliklərinin fəaliyyətinin təmin edilməsində əsaslı dəyişikliklər nəzərdə tutulub. Bu sahədə mövcud xərcləri sıfıra endirmək məqsədilə nümayəndəliklərin əksəriyyətinin fəaliyyətinin ictimai əsaslarla SOCAR-ın digər əlaqəli qurumlarına ötürülməsi təmin ediləcək. Sənəddə eyni zamanda, təchizatçı müəssisələrdən satın alınan mal və xidmətlər üzrə xərclərin, habelə istehsalat itkilərinin azaldılması üçün müvafiq tədbirlərin görülməsi, satınalma əməliyyatlarının səmərəliliyini yüksəltmək məqsədilə müvafiq prosedurların təkmilləşdirilməsi tədbirləri də yer alıb.


Teqlər:
Bu xəbər cəmi 840 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR