Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Baş redaktor ölkə rəhbərliyinə müraciət etdi

Baş redaktor ölkə rəhbərliyinə müraciət etdi


“Gündəm Xəbər” qəzetinin təsisçisi Şirin Cəfəri ölkə rəhbərliyinə müraciət edib. Müraciəti olduğu kimi təqdim edirik: 



Məlum olduğu kimi bu gün Azərbaycanda fəaliyyət göstərən əksər mətbu orqanlara qarşı bəzi dövlət məmurları tərəfindən təzyiqlər, yaxud da bu və ya digər formada basqılar hələ də davam etməkdədir. Bunu onunla izah edirəm ki, hələ bir neçə il bundan əvvəl “Gündəm Xəbər” qəzetinin təsisçisi olaraq mənə qarşı da, heç bir əsası olmayan, həqiqəti özündə ifadə etməyən, yəni guya vergidən yayınmağımla bağlı Azərbaycan Respublikası CM-nin 213.2-ci maddəsi ilə cinayət işi qaldırılıb, Gəncə şəhər Kəpəz rayon Məhkəməsində məhkəmə prosesinə başlanıldı. 20 may 2013-cü il tarixdə keçirilən məhkəmə prosesində, haqqımda üç il şərti, iki il isə sınaq müddətinə məhkəmə hökmü elan olundu. Çıxarılmış qərarla razılaşmayıb, Gəncə Apelliyasiya Məhkəməsinə apelliyasiya şikayəti versəm də, Apelliyasiya Məhkəməsi Kəpəz rayon Məhkəməsinin çıxartdığı qərarı qüvvədə saxladı. Bununla da razılaşmayıb, çıxarılmış qərardan Ali Məhkəməyə müraciət etməli oldum. 02 sentyabr 2015-ci il tarixdə birinci instansiya məkhəməsinin çıxartdığı qərar, Ali Məhkəmə tərəfindən də qüvvədə saxlandı. Bu da onu söyləməyə əsaslar verir ki, tənqidə dözümsüzlük nümayiş etdirən məmurlar tərəfindən verilmiş sifarişlər, məhkəmələrin mənimlə bağlı ədalətsiz qərarlar qəbul etmələri ilə nəticələndi. 20 may 2015-ci il tarixdə barəmdə çıxarılmış iki il şərti cəza almağımın müddəti başa çatdıqdan sonra, 23 oktyabr 2015-ci il tarixdə Ədliyyə Nazirliyinin İstintaq İdarəsində, yenidən Azərbaycan Respublikasının CPM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməyimə dair 152950067 nömrəli cinayət işinə başlanıldı və ittiham aktının araşdırılması üçün toplanmış iş materialları, CM-nin 306.2-ci maddəsi ilə Yasamal rayon Məhkəməsinə də göndərildi. Hal-hazırda işin araşdırılması Yasamal rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun icraatındadır. Növbəti məhkəmə prosesi 15 dekabr 2015-ci il tarixdə saat 10.30-a təyin edilib. Hörmətli Prezident! Bir həqiqəti qeyd etmək istəyirəm ki, “Gündəm Xəbər” qəzeti işıq üzü gördüyü illər ərzində, həmişə dövlətə, dövlətçiliyimizə xidmət edən bir mətbu orqan olub. Həmişə çalışmışıq ki, ictimai həyatımızda baş verən sosial-iqtisadi, siyasi yönümlü problemləri qabardaq, onların ictimailəşməsinə də çalışaq. Hətta, elə hallar da olub ki, dövlətçiliyimizə bu və ya digər formada zərər vura biləcək xarici qüvvələrin mərkli planlarını da ifşa etmişik, onları cavabsız belə qoymamışıq. Çünki, “Gündəm Xəbər” qəzetinin redaksiyasında çalışan hər bir əməkdaşda, sanki bir Azərbaycan sevgisi, bu millətə, bu torpağa bağlılıq hissi var. Ancaq, bütün bunlara baxmayaraq dövlətimizi sevməyən, tənqidə dözməyən, hətta yürütdüyünüz siyasətin əleyhinə belə mövqe nümayiş etdirən bəzi vəzifə sahibləri, bu gün də bizdən əl çəkmirlər. Möhtərəm Prezident! “Gündəm Xəbər” qəzetinin təsisçisi olaraq Vergilər Nazirliyinin mənimlə bağlı elan etdiyi qərarının absurd və cəfəng qərar olduğunu tam şəkildə diqqətinizə çatdırmağı özümə borc bilirəm. Hələ dörd il bundan əvvəl Mətbuat Şurası təsisçisi olduğum qəzetlə bağlı Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə əsası olmayan müraciət ünvanlasa da, həmin müraciət çox keçmədi ki, qeyd olunan qurum tərəfindən Mətbuat Şurasına qaytarıldı. Belə bir yanaşmadan sonra, bəzi məmurların qəzetimizə qarşı sifariş taktikası dəyişdirildi. Yəni, çox keçmədi ki, Vergilər Nazirliyinin Audit Departamenti “Gündəm Xəbər” qəzetinin redaksiyasında yoxlamalar aparmağa başladı. Aparılan yoxlamalar zamanı qərəzli yanaşmalarını ortaya qoyan Vergilər Nazirliyinin əməkdaşları, qəzetin təsisçisi olaraq mənə qarşı fantastik məbləğ-71 min 478 manat. 16 qəpik həcmində cərimə tərtib etməklə bərabər, üstəlik həmin məbləğin 50 faizi miqdarında əlavə maliyyə sanksiyası da tətbiq etdilər. Həmin vaxt qol qoyulan qanunsuzluqların miqyasını təsvir etmək üçün, hadisələrin tam təfərrüatını olduğu kimi diqqətinizə çatdırıram. Haqqımda JV2 110777026447745 saylı, 10.08.2011-ci il tarixli səyyar vergi yoxlaması AKT-ı tamamılə qanunsuzdur və həmin AKT əsasında verilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməyimlə bağlı JVS 1100777023482594 saylı, 22.09.2011-ci il tarixli qərar, heç bir hüquqi əsasa söykənmir. Belə ki, qəzetin ilk tirajı 1500 olmuş, ən yüksək tirajı isə 2140 olmuşdur. Qəzetin tirajlarının 40-50 faizi satılmamış və geri qəbul edilmişdir (vozvrat). Bu proses mətbuat yayımı şirkətləri vasitəsi ilə həyata keçirilmişdir. Yayım şirkətləri qəzetin bir nüsxəsini 24 qəpiyə almış, qalan 16 qəpik isə, qəzetin satışı ilə məşğul olan şirkətlərə qalmışdır. Səyyar vergi yoxlaması zamanı həftəlik və az tirajla çıxan qəzetin dövriyyəsini, gündəlik və çoxsaylı tirajla çıxan "Azadlıq", "Yeni Müsavat" qəzetlərinin dövriyyəsi ilə eyniləşdirdilər. Amma, Vergilər Nazirliyinin Audit Departamentinin əməkdaşları qəzetin bir ədədinin real satış qiyməti 40 qəpiyə olduğunu və qəzetlərin satışı ilə məşğul olan şirkətlərə 16 qəpik qaldığını, eyni zamanda qəzetlərin 40-50 faizinin satılmadığını nəzərə almadılar. “Gündəm Xəbər” qəzeti 2009-cu il iyunun 1-dən 2010-cu il aprelin 4-dək “E-Q” mətbəəsində 127 min 735 nüsxə, 2010-cu il mayın 3-dən 2011-ci il mayın 31-dək “Futbol+Servis” mətbəəsində 185 min 670 nüsxə, 2010-cu il 20 avqustdan 2011-ci il 27 may tarixinədək 79 min 115 nüsxə “Azərbaycan” Nəşriyyatında çap olunmuşdur. Vergi yoxlamasının aparıldığı vaxt, yəni 01 iyun 2009-cu ildən 01 iyun 2011-ci ilədək olan dövrdə, “Gündəm Xəbər” qəzetinin dərc olunduğu tiraj, “Azərbaycan” nəşriyyatı, “E-Q” mətbəəsi və “Futbol+Servis” mətbəəsinin verdiyi rəsmi sənədlərlə də təsdiq olunmuşdur. Təqdim olunan sənədlər tam sübut edir ki, sözügedən müddət ərzində qəzet 392 min 520. nüsxə çap olunub. Vergilər Nazirliyinin Səyyar Vergi yoxlaması isə, tərtib etdiyi AKT-ında bu rəqəmi 5 milyon 376 min kimi göstərilmişdir. Vergilər Nazirliyinin əməkdaşları qəzetin dövrülüyüni ilk gündən gündəlik, yəni həftədə 7 dəfə, tirajını isə 8 min nüsxə hesabladıqlarından, qəzetin 24 ay ərzində ümumi tirajını 5 milyon 376 min nüsxəyə çatdırdılar. Bununla da qəzetin büdcəsinə 2 milyon 150 min 400 manat pul vəsaitinin daxil olduğu və həmin vəsaitdən isə, 376 min 320 manatı xərc olaraq çıxılmışdır. Saxta vergi cəriməsi fantastik rəqəmlər əsasında hesablanmış və qəzetin iki il ərzində gəliri 1 milyon 774 min 80 manat kimi götürülmüşdür.. Məlumat üçün bildirirəm ki, “Gündəm Xəbər” qəzeti 2009-cu il iyunun 1-də həftədə 1 dəfə nəşrə başlamış, sentyabr ayında həftədə 2 dəfə, 2010-cu il mayın 11-dən həftədə 3 dəfə, 2011-ci il mayın 16-dan isə həftədə 5 dəfə çap olunmuşdur. Qəzet fəaliyyətə başladığı gündən, bu gün də belə Vergilər Nazirliyinin göstərdiyi tiraj və dövrülüklə dərc olunmur. Bundan başqa aparılan vergi yoxlaması zamanı qəzetlə yayım firmaları arasında müqavilədə göstərilən qiymət, xidmət haqqı nəzərə almadı. Xərc olaraq yalnız qəzetin çapına görə mətbəəyə ödənilən məbləğ hesablandı ki, bu məbləğ də qəzetin bir nüsxəsi üçün 7 qəpik götürüldü. Halbuki, bu da reallıqla üst-üstə düşmür. Vergilər Nazirliyinin əməkdaşları yalnız tiraj və dövriliklə bağlı deyil, eyni zamanda qəzetin gəliri ilə də bağlı ciddi yanlışlığa yol verdilər. Yayım firmalarının təqdim etdiyi sənədlərdə qəzetin gəliri real olaraq göstərilir. Belə ki, vergi yoxlaması aparıldığı dövrdə “Qasid” ASC firması 58 min 118 nüsxə “Gündəm Xəbər” qəzeti qəbul etmiş, 26 min 974 nüsxə satılmış, 31 min 144 nüsxə geri qaytarılmışdır. Redaksiyaya 6 min 473 manat 76 qəpik ödənilmişdir. Eyni vaxtda “Qaya” MMC firması 40 min 722 nüsxə “Gündəm Xəbər” qəzeti qəbul etmiş, 25 min 215 nüsxə satılmış, 15 min 507 nüsxə geri qaytarılmışdır. Satışdan gələn gəlir 6 min 51 manat 60 qəpik olmuşdur. Amma redaksiyaya ilkin olaraq 5 min 495 manat 28 qəpik ödənmiş, qalan fərq -556 manat 32 qəpik isə iyun ayında hesaba köçürülmüşdür ki bu da vergi yoxlaması dövrünə aid deyil. Yoxlama dövündə “Azərmətbuatyayım” ASC firması 12 min 658 nüsxə “Gündəm Xəbər” qəzeti qəbul etmiş, 6 min 357 nüsxə satılmış, 6 min 301 nüsxə isə geri qaytarılmışdır. Adıçəkilən firma 1 min 12 manat xidmət haqqı olaraq öz hesabında saxlamış, redaksiyaya 1 min 530 manat ödəmişdir. Vergi yoxlamasının aparıldığı vaxtda “Metro-Servis” MMC firması 20 min 220 nüsxə “Gündəm Xəbər” qəzeti qəbul etmiş, 7 min 675 nüsxə satılmış, 12 min 545 nüsxə geri qaytarılmışdır. Satışdan gələn gəlir 1 min 842 manat olmuşdur. Amma redaksiyaya ilkin olaraq 431 manat 70 qəpik ödənmiş, qalan fərq– 1 min 410 manat 30 qəpik isə iyun ayında hesaba köçürülmüşdür ki, bu da vergi yoxlaması dövrünə aid deyil. Eyni dövrdə “Səma-M” MMC firması 14 min 06 nüsxə “Gündəm Xəbər” qəzeti qəbul etmiş, 8 min 146 nüsxə satılmış, 5 min 860 nüsxə geri qaytarılmışdır. Redaksiyaya 1 min 955 manat 04 qəpik ödənilmişdir. Vergi yoxlamasından sonra nazirlik əməkdaşlarının 23-26 aprel 2012-ci il tarixdə apardığı xronometraj da, qəzetin tirajının yoxlama aktında göstərildiyindən xeyli aşağı olduğunu təsdiqləmişdir. Belə ki, xronometraj aparılan dövrdə qəzetin tirajının 1045 nüsxə olduğu aşkarlanmışdır. Yəni, vergi yoxlama aktında göstərilən tirajdan 8-dəfə az olmuşdur. Beləliklə, bütün sənədlərə və əldə olan faktlara əsasən onu deyə bilərəm ki, Vergilər Nazirliyinin Audit Departamentinin Səyyar Vergi yoxlamasının qərarı, heç bir həqiqəti ifadə etmir. Yoxlama aparılan dövrdə qəzetin hesabına ümumilikdə 15 min 885 manat 94 qəpik pul vəsaiti daxil olmuşdur. Bu vəsait qarşısında tutulan vergi cəriməsi isə gülməli görünür. Vergi yoxlaması dövründə əlavə olaraq “Narmobile” şirkəti qəzetə reklam təklif etmiş və bunun qarşılığında 130 manat hesaba pul da köçürmüşdür. Bunu da hesablasaq, ümumi məbləğ 16 min 15 manat 94 qəpik edir. Bu məbləğə əsasən sadələşdirilmiş vergi ödəyicisi kimi ödənilməli olan pul, yəni gəlirin 4 faizi 640 manat 64 qəpik edir. Ötən illər ərzində vergi uçotunu özüm aparmışam və ümumi gəlirimin 4 faizini vergiyə də ödəmişəm. Vergi yoxlaması aparılan dövrdə 12 saylı Ərazi Vergilər İdarəsinə 640 mant 64 qəpik pul ödəmişəm. Məhkəmənin gedişi zamanı mənə dövlət ittihamçısı Mahir Hacıyev və vəkilim Zaur Niftəliyev tərəfindən, prosesin gedişinə vacib sayılan çoxsaylı suallar ünvanlanmış, həmin sualları da dolğun şəkildə cavablandırmışam. Məhkəmə prosesində istər mənim, İstərsə də şahidlərin verdikləri ifadələr zamanı, vergilər nazirliyinin audit yoxlamasının ortaya çıxardığı rəqəmlərlər ziddiyət təşkil etdiyindən, məhkəmə prosesində bir sıra müəmmalı məsələlərin də araşdırılmasına zərurət yaranmışdır. Keçirilən məhkəmə prosesində vəkilim Zaur Niftəliyev, şahidlərin və mənim verdiyim ifadələri əsas tutaraq, Vergilər Nazirliyinin xətti ilə audit yoxlama aparmış İmran Nurməmmədovun tərtib etdiyi aktdakı rəqəmlərin ziddiyət təşkil etməsini əsas tutaraq, işin yenidən ekspertizaya qaytarılmasını dövlət ittihamçısı Mahir Hacıyevdən və hakim Yaşar Həşimovdan xahiş etdi. Vəkilim etdiyi xahişində bildirdi ki, “mənim dövlət ittihamçısı Mahir Hacıyevin və hakim Yaşar Həşimovun apardığı prosesdən narazılığım var. Çünki, obyektivlik məhkəmə prosesinin əsas sütunudur. Burada ən azından bir insanın taleyi, eyni zamanda azad mətbuat nümayəndəsinin taleyi həll olunur. Elə bu səbəbdən də, mən Vergilər Vazirliyinin audit yoxlamasının çıxardığı fantastik rəqəmlərlə heç cürə barışa bilmərəm. Məhz, buna görə də işin yenidən ekspertizaya qaytarılmasını daha vacib hesab edirəm.” Ancaq bütün bunlara baxmayaraq, nə hakim Yaşar Həşimov, nə də ki, dövlət ittihamçısı Mahir Hacıyev təqdim etdiyimiz vəsatətlərdən heç birini qəbul etmədilər və barəmdə ədalətsiz hökmü elan etdilər. Cənab Prezident! Onu da qeyd edim ki, yuxarıda sadaladığım hesabatlar üzrə əgər yenidən araşdırmaların aparılmasına zərurət yaranarsa, söylədiklərimi bir daha sənəd-sübutla isbat edə bilərəm. Müraciəti ünvanınıza ünvanlamaqda məqsədim odur ki, barəmdə elan olunmuş ədalətsiz vergi cəriməsinin və məhkəmə qərarının ləğvi ilə bağlı, mənə lazımi köməkdarlıq göstərməyinizi Sizdən xahiş edirəm. Göstərəcəyiniz diqqətə görə əvvəlcədən minnətdarlığımı bildirirəm.


Teqlər:
Bu xəbər cəmi 1660 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR