Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Daha iki nazirlik ləğv olunur? - ŞOK GƏLİŞMƏ

Daha iki nazirlik ləğv olunur? - ŞOK GƏLİŞMƏ
Bu gün gözlənilməz şəkildə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib. Belə ki, ölkə başçısının sərəncamı ilə ölkədə "xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq və dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə” MTN-in əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılıb. Qeyd edək ki, hökumətin müəyyən struktur islahatlarına hazırlaşdığı barədə hələ bir neçə ay öncədən məlumatlar intensivləşib. Hesab olunur ki, ölkənin neft gəlirlərinin kəskin azalması və qlobal iqtisadi böhranın dərinləşməsi bunu qaçılmaz edir. Amma məhz MTN-nin ləğv edilməsi qətiyyən proqnozlaşdırılmırdı. Düzdür, MTN-də son baş verənlər bu quruma ciddi şəkildə "əl gəzdirilməsini” zəruri etmişdi. Amma sözügedən nazirliyin ləğvi və onun əsasında iki ayrı qurumun yaradılması qətiyyən təxmin edilmirdi. Xatırladaq ki, bu il oktyabrın 17-də Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalanıb. Bunun ardınca Milli Təhlükəsizlik Nazirliyində genişmiqyaslı həbslər başlayıb. Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun birgə əməliyyat qrupu MTN-də bir neçə yüksək rütbəli şəxsləri saxlayıb. Onlar Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ağır cinayətlərdə ittiham olunurlar. Qaynar.info-nun əldə etdiyi məlumata görə, MTN-nin ləğvi yalnız bu qurumdakı neqativ hallarla izah edilə bilməz. "Bu həm də hakimiyyətin ölkədə, bölgədə və dünyada yeni, mürəkkəb siyasi və iqtisadi situasiyaya hazırlığı kimi dəyərləndirilməlidir. Hökumət belə bir situasiyanın özünə qarşı çevrilməsi planlarından narahatdır. Eyni zamanda ölkədə sosial-iqtisadi vəziyyət ağırlaşdıqca, vətəndaş təzyiqi arta bilər ki, bu da hökumətdən ötrü arzuolunmaz nəticələr doğurmaması üçün xüsusi xidmət orqanlarının sağlamlaşdırılması, yeni vəziyyətə uyğunlaşdırılması zərurəti doğurur” - deyə məlumatda vurğulanır. İddiaya görə, qarşıdakı mərhələdə daha iki nazirliyin ləğv edilməsi kifayət qədər realdır: "Söhbət Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərindən gedir. Belə ki, birincinin tamamilə ləğv edilməsi, səlahiyyətlərinin İqtisadiyyat və Sənaye Nazirliyi ilə Ekologiya vəTəbii Sərvətlər Nazirliyi arasında bölüşdürülməsi gözlənilir. Səhiyyə Nazirliyinin isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birləşdirilməsi mümkündür. İstisna deyil ki, bu nazirliklərin, eləcə də bir neçə dövlət komitəsinin ləğvi və ya birləşdirilməsi neftin hasilatının kəskin azaldığı, qiymətinin isə sürətlə düşdüyü bir vaxtda həm dövlət xərclərini azaltmağa, həm də böhran dövrünün tələblərinə daha çevik reaksiya verə biləcək yığcam, kompakt bir hökumət kabineti yaratmağa xidmət edir”.

Teqlər:
Bu xəbər cəmi 800 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR