Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Obyektləri sökdürən icra başçısı: `Sağ olsunlar, əziyyət vermirlər

Obyektləri sökdürən icra başçısı: `Sağ olsunlar, əziyyət vermirlər


Paytaxtın mərkəzində bəzi obyektlərin sökülməsinə başlanılıb. Yasamal rayonu ərazisində, metronun “Nizami” stansiyasının yaxınlığında yol kənarında yerləşən bütün obyektlər dağıdılıb.



 



İş icraçıları həmin ərazidə yolun genişləndiriləcəyini bildiriblər.



“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli AzVision.az-a bildirib ki, yolun genişləndirilməsi hissəsinə düşən obyektlər, yaşayış sahələrinin hamısı söküləcək. 



Qurum rəsmisi vurğulayıb ki, hazırda eni 5-6 metr olan yol genişləndirilərək 15 metrə çatdırılacaq: “Yol boyu iki küçədə işlərə başlanılıb. Bizim apardığımız hissədə yolun uzunluğu 2 kilometrdir. Yolun genişləndiriləcək hissəsinə nə qədər obyekt, yaşayış sahəsi düşəcəksə, hamısı sökülməlidir”. 



Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev AzVision.az-a açıqlamasında bildirib ki, yolun genişləndiriləcək hissəsində yerləşən qanuni tikililərin sahiblərinə bir kvadratmetr üçün 1500 manat kompensasiya veriləcək.



“Qeyri-qanuni tikililərə isə heç bir kompensasiya ödənilməyəcək. Kimsə dükanının qarşısını özbaşına artırıbsa, həmin şəxslərə kompensassiya verilməyəcək. İcra hakimiyyətinin əməkdaşları “Azəryolservis” ASC ilə birgə ərazidə hansı obyektin qanuni və ya qeyri-qanuni tikili olmasını araşdırır. Qeyri-qanuni tikililərin sahiblərinə vaxt verilib. Həmin vaxt müddətində düzəliş verilmirsə, obyekt bizim tərəfimizdən sökülür. Çox vaxt özlərinin razılığı ilə söküntü aparılır. Elə sakinlər də olur ki, işimizi yubandırır. Amma obyektlərinin qeyri-qanuni olduğunu dərk edənlər söküntünü özləri aparırlar. Sağ olsunlar, bizə çox əziyyət vermirlər.”. 



İcra başçısı onu da qeyd edib ki, yolun genişləndirilməsinə görə, 1093 obyekt söküləcək.


Teqlər:
Bu xəbər cəmi 1360 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR