Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ə.C.Əliyevin İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
Bizimyol.info AZƏRTAC-a istinadən xəbər verir ki, sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Əziz Cəmil oğlu Əliyev İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru təyin edilsin".