Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Fitosanitar Xidmətində rüşvət bataqlığı: “tarif şurası” kimlərdir?

Fitosanitar Xidmətində rüşvət bataqlığı: “tarif şurası” kimlərdir?
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən şikayətlərin ardı-arası kəsilmir. Bu qurumun rüşvət bataqlığında boğulması sahibkarları da özü ilə çirkaba çəkməkdə davam edir. İş adamlarından prezident İlham Əliyevə kütləvi şəkildə müraciətlər ünvanlanmasına baxmayaraq, Xidmət rəhbərliyinə bata bilmirlər.


Verilən məlumatlara görə, Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev və şöbə müdiri Mehman Məmmədov son hadisələrdən və ölkə başçısının məlum bəyanatlarından sonra heç bir dəyişiklik etməyiblər.



Dövlət başçısının "Sahibkarlardan külli miqdarda rüşvət alınıb, bəzi hallarda reketlik edilib. Ona heç rüşvət də demək olmaz” sözləri Dövlət Fitosanitar Nəzarəti Xidməti rəhbərliyi tərəfindən qulaqardına vurulub.



Məlumatda qeyd olunub ki, hələ də sahibkarlardan əlavə ödənişlər tələb edilir. İdxala icazə üçün iş adamlarından açıq şəkildə rüşvət istənilir. Onlara bildirilir ki, şikayət etməyin də bir mənası yoxdur, gec-tez hesablaşacaqlar.



Sahibkarlar qeyd edirlər ki, tikinti materiallarının fitosanitar karantin baxışı artıq bazar alverin çevrilib. Bu biznesdə isə tarifləri Camal Quliyev və Mehman Məmmədov müəyyənləşdirir.



Belə ki, rəsmi rüsum 20 manat olduğu halda sahibkarlardan 160 manat tələb olunur. Əks halda, iş adamı malını ölkəyə idxal edə bilmir. İş adamları bildirirlər ki, hər mal idxalında 20 manat əvəzinə 160 manat alınır.



Bir ay ərzində 4 dəfə məhsul idxal edən bu özbaşınalığa görə azı 640 manat verməlidir. Kənd təsərrüfatı naziri Heydər Əsədovun də bu rüşvət piramidasında payı olduğu iddia edilir.



Bildirilir ki, hələ sabiq nazir İsmət Abbasovun dövründən Dövlət Fitosanitar Nəzarəti



Xidmətində iş adamlarına divan tutublar. Bu "ənənə” yeni nazirin dövründə də davam etdirilib. C.Quliyev və M.Məmmədov isə açıq bazar şəraitində onlardan edilən şikayətlərdən qətiyyən narahat olmayıblar.



Bundan əlavə, Tarif Şurasının qərarı ilə idxal edilən materiallara fitosanitar karantin baxışının keçirilməsi üçün 1 kub metr meşə materialları üçün 0,01 manat, bitkiçilik məhsullarının idxalına fitosanitar sertifikatlarının verilməsinə görə isə 3 manat məbləğində rüsum müəyyən edilib.



Dövlət xidməti rəhbərliyi sahibkarlardan sertifikatın verilməsinə görə bundan dəfələrlə artıq miqdarda qeyri-qanuni pul tələb edir.



Sahibkarlar bildirib ki, Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev və həmin xidmətin şöbə müdiri Mehman Məmmədov 1 vaqon meşə materiallarına görə 80 manat, yəni 80 dəfədən artıq məbləğ alır.



Bir sahibkarın sözlərinə görə, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev və həmin xidmətin şöbə müdiri Mehman Məmmədov sahibkarlardan idxal icazəsi üçün idxal karantin sertifikatının verilməsinə görə 160 manat pul tələb edirlər.



İstədikləri məbləğdə pulu vermədikdə isə müxtəlif bəhanələrlə sertifikatın verilməsinin mümkün olmayacağını və növbəti gün müraciət etməyi bildirirlər. Növbəti gün də rüsumun ödənilməsi haqda qəbzi təqdim etməsinə baxmayaraq yenə də əsassız bəhanələr gətirərək sertifikatı verə bilməyəcəklərini deyirlər.



Beləcə, Dövlət Xidməti sahibkarları məcbur edir ki, özlərinin müəyyən etdikləri məbləğdə rüşvət ödənilsin. Sertifikatın gecikdirilməsi ilə külli miqdarda ziyan çəkəcəyini anlayan sahibkar isə çıxılmaz vəziyyətdə qalaraq tələb edilən məbləğdə rüşvəti ödəməyə məcbur olur.



Təəssüflər olsun ki, ölkə başçısının bu sahədəki ədalətli siyasətinə, imicinə zərər vuran bu cür məmurlar hələ də var və yüksək postlarda vəzifə tuturlar. Ölkə başçısı cənab İlham Əliyevin məmurlarla keçirdiyi müşavirələrdə ölkədə sahibkarlığın inkişafı üçün tam şəraitin yaradılması, bir pəncərə sisteminin tətbiq edilməsi, sahibkarlara qarşı bütün növ süni maneələrin aradan qaldırılması, məmurların sahibkarlara qarşı bürokratik əngəllərə yol verilməməsi üçün dəfələrlə tapşırıq və xəbərdarlıqlarına görünür adı çəkilən qurumda məhəl qoyan yoxdur.






Teqlər:
Bu xəbər cəmi 1065 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR