Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycan yükdaşımalara endirim etdi - 40 faiz

Azərbaycan yükdaşımalara endirim etdi - 40 faiz


Tranzit yüklərin daşınması üçün daha əlverişli şəraitin yaradılması məqsədilə Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası tərəfindən müvafiq tədbirlər görülür.



Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasından “Qafqazinfo”ya daxil olan xəbərə görə, tranzit prosedurlarının sadələşdirilməsi və xidmət haqlarının aşağı salınması hesabına Azərbaycandan Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarına istiqamətlənmiş iritonnajlı yük avtonəqliyyat vasitələri üçün tranzit gediş-gəliş xərcləri təqribən 40% aşağı salınıb.



Xəbərdə bildirilir ki, son günlərdə Azərbaycan ərazisindən keçən tranzit yükdaşıyan iritonnajlı avtonəqliyyat vasitələrinin sayı dəfələrlə artıb. Dekabrın 4-dən Xəzər dənizində başlayan güclü külək nəticəsində bərələrin hərəkətində problemlər yaranıb və 6-9 dekabr tarixlərində Aktau Limanına gedən tırların bərələrə yüklənməsində gözləmələr baş verib. Bununla yanaşı, Aktau limanında bərə-gəmilər üçün yalnız bir yanalma körpüsünün olması və bu körpünün qasırğa və hündür dalğalardan qorunmaması vəziyyəti bir qədər də çətinləşdirib.



Problemlərin aradan qaldırılması ilə bağlı Koordinasiya Şurasında aparılan müzakirələrdən sonra yük maşınlarının dəniz vasitəsilə daha tez və təhlükəsiz daşınması üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Bakı-Aktau istiqamətində gəmilərin mütəmadi səfər qrafiki təsdiq edilib. Yük maşınlarının sayının çoxluğu nəzərə alınaraq, istismardan kənar gözləmədə saxlanılan bir neçə bərə-gəmini yenidən istismara qaytarıb, bərə reyslərinin sayı artırılıb.



Bununla bərabər, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC tərəfindən bərə-gəmiləri gözləyən yük maşınlarının sürücüləri üçün Bakı Dəniz Limanında məişət şəraiti yaradılıb, dükan və kafe fəaliyyətə başlayıb. 


Teqlər:
Bu xəbər cəmi 1000 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR